ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırmaya böyük önəm verir

 QSC-nin istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, onların mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişləndirilməkdədir.

    Yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini    QSC-nin Torpaqların rekultivasiyası departamentinin  və İnzibati təsərrüfat şöbəsi həyata keçirir. Təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində əvvəlki illərdə olduğu kimi, bu il də istehsalat sahələrindəki  ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuş, mövsümü aqrotexniki xidmətlər göstərilmişdir.  Bağbanların gərgin əməyi sayəsində, isti yay günlərində suvarma işlərinin müntəzəm aparılması və yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi nəticəsində istehsalat sahələri  gül-çiçəyə və yaşıllıqlara bürünmüşdür.

    QSC-də texnoloji proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması da yaşıllıqların inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir.

    Bununla yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti, hazırda ARDNŞ-nin bir çox fəaliyyət sahələrində, o cümlədən “Bibiheybətneft” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin,  Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazilərində  və Qaradağ Qaz Emalı Zavodunun istehsalat sahələrində əkilmiş  90 minə qədər müxtəlif  növ ağac, bəzək  və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Yaşıllıqların suvarılmasında damcı və çiləmə üsullarından geniş istifadə olunur ki,  bu da öz səmərəli nəticələrini  verməkdədir.

   "Ekol Mühəndislik Xidmətləri" QSC , ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verir və bu sahəni fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirləri həyata keçirilməsini nəzərdə tutur.

                           
 
 
 
 

tarix : 22.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.