ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC- nin istehsalat sahələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ən mühüm vəzifələrdən biridir

 Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində prioritet  ekoloji layihələr yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC, istehsalat sahələrində çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və bu istiqamətdə  məqsədyönlü  tədbirlər həyata keçirir.

    Ötən illərdə olduğu kimi 2011-ci ildə də  beynəlxalq təcrübədən yararlanaraq, QSC-nin  fəaliyyət sahələrində sağlam və təhlükəsiz  əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının  alınması, əmək şəraitinin  müntəzəm  surətdə yaxşılaşdırılması  sahəsində bir çox  işlər görülmüşdür. Məhz bu tədbirlərin nəticəsidir ki, son illərdə QSC-nin fəaliyyət sahələrində heç bir  bədbəxt hadisə və qəza halları baş verməmişdir.
    Təhlükəsiz  əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının  alınması məqsədilə, QSC-nin Texniki təhlükəsizlik şöbəsi (TTŞ) tərəfindən  bütün fəaliyyət sahələri lazımı təlimatlarla, izahedici və xəbərdaredici plakatlarla, eləcə də, yanğın təhlükəsizliyi üçün zəruri vasitələrlə təmin edilmişdir. TTŞ vaxtaşırı olaraq QSC-nin fəaliyyət sahələrində texniki təhlükəsizlik üzrə monitorinqlər aparmış, müəssisədə çalışan işçilərə  mütəmadi olaraq texniki təhlükəsizlik üzrə təlimatlar keçmişdir.
    QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılovun rəhbərliyi ilə bütün istehsalat sahələrində, əməyin  mühafizəsinə nəzarət gücləndirilmiş  və yeni nəzarət sistemi yaradılmışdır.  İşçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin edilməsi  məsələləri operativ olaraq  həll olunmuşdur.
    İnsanların və dövlət əmlakının yanğından mühafizəsinin təmin edilməsi məqsədilə  sahələr bütün zəruri avadanlıqlarla təmin edilmişdir. QSC-nin Tullantıların emalı departamentinin 6-cı ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci ( “Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) sahələrində  yanğından mühafizə sistemləri yenidən qurulmuşdur.
                           

 
 

tarix : 27.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.