ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat və xüsusi texnika şöbəsi 2011-ci ilin 6 ayını uğurlu nəticələrlə başa vurmuşdur

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  ümumi fəaliyyətində və ekoloji layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsində Nəqliyyat və xüsusi texnika şöbəsinin  (NXTŞ)  rolu böyükdür. Ötən illərdə olduğu kimi    2011-ci ilin I-ci  yarım ilində də, NXTŞ öz nəqliyyat və xüsusi texnikaları ilə  QSC-nin fəaliyyət sahələrində  yaxından iştirak  etmiş  və bir sıra ekoloji layihələrin həyata keçirilməsində üzərinə düşən  vəzifələri layiqincə yerinə yetirmişdir. İstehsalat sahələrinin xüsusi texnika ilə təmin olunması və nəqliyyat xidmətlərinin göstərilməsi yüksək səviyyədə təşkil olunmuşdur.

      NXTŞ QSC-nin “Sifarişçi” təşkilatlarının  istehsalat sahələrində də məqsədyönlü işlər görmüşdür. Cari ilin 6 ayı ərzində  xüsusi  texnika    nəqliyyat vasitələri ilə   “Suraxanı OyL”  Əməliyyat Şirkətinin mədən ərazilərində,  Xəzər Dəniz Neft Donanmasında,  ARDNŞ-nin  Ekologiya  İdarəsində  və Neft Kəmərləri İdarəsində  formalaşan  xeyli çirkab suları daşınmışdır. Müvafiq dövr ərzində  Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində tullantıların, şlam, saman və gübrələrin daşınması həyata keçirilmiş, bioremediasiya  sahəsində şumlama işləri aparılmışdır.  

     Bununla yanaşı, hesabat dövründə NXTŞ-nin xüsusi texnikaları “Abşeronneft” NQÇİ-nin, Ə.Əmirov adına NQÇİ-nin və “Balaxanıneft” NQÇİ-nin  Kürdəxanı mədən ərazilərində nəzərdə tutulan şumlama işləri yerinə yetirilmişdir. Eyni zamanda,  xüsusi nəqliyyat vasitələri ilə Z.Tağıyev adına NQÇİ-nin  Buzovna qəsəbəsindəki mədən ərazisindən xeyli miqdarda  torpaq daşınmış,   ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin Dübəndi neft termnalında lilsovuran avtomaşınlarla  xidmət göstərilmişdir. QSC-nin Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun ərazilərində  neftşlamın emalı və zərərsizləşdirilməsi  nəticəsində 2 fazalı dekantor (Alfa-Laval) qurğularından çıxan  torpaq, xüsusi texnika və nəqliyyat vasitələri  ilə daşınaraq ərazidən kənarlaşdırılmışdır.

     Yay mövsümündə QSC-nin fəaliyyət sahələrində yaşıllıqların  suvarılması və su çatışmayan ərazilərin su təchizatını təmin etmək məqsədilə, NXTŞ xüsusi təyinatlı nəqliyyat vasitələrindən istifadə edilmiş və  ərazilərə tələb olunan miqdarda  su daşınmışdır.

      NXTŞ 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq,  nəqliyyat vasitələrinə və xüsusi texnikalara texniki xidmət göstərilməsini, onların xəttə çıxmalarını, gündəlik yanacaq və yol vərəqələri ilə təmin edilməsini, eləcə də profilaktiki təmir  işlərinin aparılmasını  texniki tələblərə və normativlərə uyğun olaraq  yüksək səviyyədə təşkil etmişdir.
    “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində nəqliyyat və xüsusi texnikaların əvəzsiz rolunu nəzərə alaraq,  NXTŞ-nin maddi-texniki bazasının  gücləndirilməsi və  şöbənin texniki parkının müasir  nəqliyyat və  xüsusi texnikalar  vasitələri ilə genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
 

 
 

tarix : 01.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.