ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Qala gölü ətrafında həyata keçirdiyi ekoloji layihə üzrə işlərini başa çatdırmaq ərəfəsindədir

     2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  həyata keçirdiyi prioritet ekoloji  layihələrdən biri  də, öz tarixiliyi ilə səciyyələnən Qala kəndinin ərazisində yerləşən,  ümumi sahəsi 76 hektar olan gölün  ətrafındakı neftlə çirklənmiş sahələrin təmizlənməsidir.

  “Azneft” İB ilə QSC arasında bağlanmış “H.Z.Tağıyev adına NQÇİ-nin  2 saylı NQÇS-nin  köhnə Qala yatağının  ərazisində yerləşən, Qala gölünün ətrafında olan  neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərinin yerinə yetirilməsi” müqaviləsinin icrasına QSC-nin Torpaqların rekultivasiyası departamenti cari ilin mart ayında başlamışdır.

   QSC-nin Torpaqların rekultivasiyası departamenti layihənin icrası üçün əraziyə  xeyli sayda xüsusi texnika, ağır tonnajlı nəqliyyat vasitələri və işçi qüvvəsi cəlb etmişdir. 2011-ci ilin mart ayından avqust ayınadək layihə  ərazisindən 103.7 min m3 şlam çıxarılmış, həmin sahələrə 79.4 min m3 torpaq, 25.2 min m3 isə ştib daşınaraq yayılmışdır. Bu müddət ərzində gölün ətrafında 11.5 hektar sahə neftlə çirklənmədən təmizlənmişdir.

    Layihə üzrə işlər öz ahəngi ilə davam etdirilir. Hazırda 1.5 hektar ərazidə təmizləmə işləri aparılır və yaxın bir ay müddətində başa çatdırılması nəzərdə tutulmuşdur.  Layihə üzrə görülmüş işlər nəticəsində Qala gölünün ətrafında ekoloji vəziyyət  xeyli dərəcədə yaxşılaşmış  və ərazinin landşaftı bərpa edilmişdir.
 
 
 

tarix : 02.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.