ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2011-ci ildə müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də neftlə çirklənmiş torpaqların  təmizlənməsidir. Bu sahədə  QSC fəaliyyətini həyata keçirən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən, ötən illərdə ARDNŞ-nin fəaliyyət sahələrində 100 hektarlarla çirklənmiş torpaq sahələri təmizlənmiş və  həmin ərazilərdə landşaftın bərpası təmin  olunmuşdur.

     2011-ci ildə də TRD  ARDNŞ nin fəaliyyət sahələrində, o cümlədən  “Balaxanıneft” NQÇİ-nin 2-ci və 4-cü,  Ə.Əmirov adına NQÇİ-nin  3-cü, H,Z,Tağıyev adına NQÇİ-nin 2-ci və 4-cü mədən ərazilərində, həmçinin  Qaraçuxur İNM (iriləşmiş neft mədənləri) mədən ərazisində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası  layihələrini uğurla həyata keçirmiş və müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir. 
   Cari ilin müvafiq dövrü ərzində QSC-nin  xüsusi texnika və nəqliyyat vasitələri ilə TRD tərəfindən layihə ərazilərindən bioremediasiya sahələrinə 129 min  663 m3 şlam daşımış  və həmin ərazilərə 165 min 264 m3 ştib,  297 min 845 m3 isə torpaq daşınaraq yayılmışdır. Bu müddətdə 78 hektardan çox sahə çirklənmədən  təmizlənmişdir.

     2011-ci ildə də TRD-nin  fəaliyyət sahələrindən olan yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işləri də yüksək səviyyədə təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində TRD-nin 1-ci və 3-cü sahələri ( yaşıllaşdırma üzrə) “Bibiheybətneft” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin və H,Z,Tağıyev adına NQÇİ-nin  landşaftı bərpa edilmiş layihə ərazilərində, eləcə də, ARDNŞ-nin Qaz Emalı Zavodunun  və A-4 Zığ sahələrində 104 min 980 ədəd ağac, bəzək və gül kollarına aqrotexniki xidmət göstərmişdir. Sahələr alaq otlarından təmizlənmiş,  bitkilərin dibləri vaxtlı-vaxtında boşaldılmış,  suvarılmış, üzvi və qeyri üzvi gübrələrlə təmin edilmişdir. Həmin sahələrdə, xüsusilə yay mövsümündə bitkilərin mühafizəsi üçün kompleks tədbirlər həyata keçirilmişdir. Su təchizatının yaxşılaşdırılması  üçün  sahələrə plastik boru vasitəsilə  4 min metrə qədər yeni su xətti çəkilmişdir.

   QSC-nin Torpaqların Rekultivasiyası Departamenti mövcud layihələr üzrə fəaliyyətini  yüksək ahənglə davam etdirir.
 
 
 

 

tarix : 08.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.