ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də italiyalı mütəxəssislərlə görüş keçirilmişdir

        “Ekol Mühəndislik Xidmətləri” QSC  fəaliyyətə başladığı ildən  istehsalat sahələrinin modernləşdirilməsinə   və maddi texniki bazasının  müasir qurğu və avadanlıqlarla təchiz olunmasına böyük önəm verir. Bu məqsədlə dünyanın analoji şirkətləri ilə  vaxtaşırı görüşlər keçirilir və əməkdaşlıq əlaqələri genişləndirilir. Hazırda QSC-nin texniki  parkında  neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də çirkab suların  təmizlənməsi sahəsində  Almaniyanın, İsveçrənin, Hollandiya və İtaliyanın  tanınmış şirkətlərinin istehsalı olan ən müasir qurğularından istifadə edilərək yüksək nəticələr əldə olunur.

       Bununla belə, ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsinin  aktuallığını nəzərə alan və bu layihələrin həyata keçirilməsində bilavasitə iştirak edən, QSC-nin rəhbərliyi, daimi yeni texnika və texnologiyaların axtarışındadır. Elə bu məqsədlə də,  iyun ayında QSC-nin rəhbərliyi  İtaliyanın  Luqo şəhərində fəaliyyət göstərən “Diemme S.P.A.” şirkətində olmuş və bu şirkətin rəhbərliyi ilə  bir sıra işgüzar görüşlər keçirmişlər. QSC-nin rəhbərliyi “Diemme S.P.A.” şirkətinin istehsalı olan “ neftlə çirklənmiş  torpaqların yuma üsulu ilə təmizlənməsi qurğusu”  ilə tanış olmuş və bu qurğunun  QSC-nin  fəaliyyət  sahələrinə tətbiqinin mümkünlüyü barədə müzakirələr aparılmışdır. Qərara alınmışdır ki, bununla əlaqədar  istehsalat sahələri ilə tanışlığa və qarşılıqlı əlaqələrə ehtiyac vardır.

     Bu məqsədlə də  avqustun 9-da “Diemme S.P.A.” şirkətinin  nümayəndələri, Danilo Bettoli və Davide Collini Bakıya xidməti ezamiyyətə gəlmişlər.  Ötən gün qonaqlar  QSC-nin istehsalat sahələrində və  NQÇİ-də həyata keçirdiyi  layihə ərazilərində olmuşlar. İtaliyalı mütəxəssislər  neftşlamın emalı, sənaye çirkab sularının  və neftlə çirklənmiş torpaqların  təmizlənməsi prosesləri, eləcə də bu ərazilərdəki torpaqların və neftşlamın xüsusiyyətləri ilə yaxından tanış olmuşlar. QSC-nin rəhbərliyi və mütəxəssisləri qonaqları maraqlandıran sualları cavablandırmışlar. 

      Avqustun 10-da  baş ofisdə QSC-nin rəhbərliyi ilə Danilo Bettoli və Davide Collini arasında görüş keçirilmişdir. QSC-nin baş direktoru Ramil Əliyev öncə qonaqları salamlamış və rəhbərlik etdiyi şirkət haqqında onlara geniş məlumat vermişdir. R.Əliyev bu gün Azərbaycanda  neftlə çirklənmiş torpaqların  təmizlənməsi işlərinin geniş vüsət aldığını və bu sahəyə yeni texnika və texnologiyaların tətbiq olunmasına zərurət yarandığını  qonaqların diqqətinə çatdırmışdır. Baş direktor İtaliyada  ezamiyyətdə olarkən “Diemme S.P.A.” şirkətinin  “neftlə çirklənmiş  torpaqların yuma üsulu ilə təmizlənməsi qurğusu” ilə tanış olduğunu və bu qurğunun böyük maraq doğurduğunu qeyd etmişdir.

     İtaliyalı qonaqlar səmimi qəbul üçün QSC rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, Bakı şəhəri,  eləcə də QSC-nin istehsalat sahələri ilə tanışlığın onlarda çox xoş təəssürat yaratdığını xüsusilə vurğulamışlar. Daha sonra görüş iştirakçıları neftlə çirklənmiş torpaqların təmizlənməsi metodları,  yeni texnologiyaların tətbiqi və bu sahədə QSC ilə “Diemme S.P.A.” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

     Müzakirələr zamanı qərara alınmışdır ki, yeni qurğuların seçilməsi və  tətbiqi təmizlənəcək neftşlamın və çirklənmiş torpaqların xarakterindən bir başa asılıdır. Odur ki, QSC həm neftşlam, həm də təmizlənəcək torpaq nümunələrini laborator tədqiqatlar üçün,  xüsusi formada “Diemme S.P.A.” şirkətinə göndərməli və analizlərin nəticəsindən asılı olaraq Şirkət öz qurğularını təklif  etməlidir. Daha sonra QSC-nin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə, torpaqların təmizlənməsi, uyğun  texnika və texnologiyaların tətbiqi  sahəsində geniş fikir mübadiləsi aparılmışdır.

    Görüşün sonunda  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev görüşdə iştirak etdiklərinə və maraqlı müzakirələrə görə italiyalı qonaqlara öz təşəkkürünü bildirmişdir. R.Əliyev   QSC ilə “Diemme S.P.A.” şirkətinin əməkdaşlıq əlaqələrinin yaranmasından məmnunluq hissi keçirdiyini və bu əməkdaşlığa hər zaman hazır olduqlarını qeyd etmişdir.

 

 
 

tarix : 10.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.