ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Mirriko” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirilmişdir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin çoxşaxəli  fəaliyyət sahələri, həyata keçirdiyi prioritet ekoloji layihələr və modern maddi-texniki bazaya malik olması təkcə respublikamızda deyil, xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərin də böyük marağına səbəb olmuşdur. Elə buna görə də,  son illərdə bir çox xarici şirkətlər QSC ilə əməkdaşlıq əlaqələrinin qurulmasına  maraq göstərir və  bu istiqamətdə silsilə görüşlər keçirilir. Belə növbəti  görüşlərdən biri də  avqustun 17-də, QSC-nin baş ofisində  Rusiya FR-da fəaliyyət göstərən  “Mirriko” ŞQ –nun təşəbbüsü ilə keçirilmişdir.

    Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, müvafiq departament rəisləri və mütəxəssislər iştirak etmişlər. “Mirriko” ŞQ-dan isə  görüşə,  “Qazma Məhlulları Xidməti” MMC-nin direktoru Eduard Baytimirov,  İnkişaf şöbəsinin rəisi Andrey Qladkov,  modelləşdirmə və analizlər şöbəsinin rəisi Andrey Barmin, Neftşlamın utilizasiyası şöbəsinin rəhbəri Andrey Sprixin, Regional nümayəndəliyin direktoru Cavanşir Nurəliyev və satış üzrə mütəxəssis Ceyhun Nurəliyev qatılmışlar.
    Görüş zamanı tərəflər öz fəaliyyət sahələri və texniki imkanları barədə biri-birlərinə geniş məlumat vermiş, eyni zamanda “Mirriko” ŞQ-nun təqdimatı keçirilmişdir. Təqdimat maraqla qarşılanmışdır. “Mirriko” ŞQ-nun  nümayəndələri  ŞQ-nun  neftlə çirklənmiş torpaqların və sənaye-çirkab suların təmizlənməsi, neftşlamın utilizasiyası sahəsində geniş təcrübəyə və texniki imkanlara  malik olduqlarını,  bu sahədə bir çox layihələr həyata keçirdiklərini QSC rəhbərliyinin  diqqətinə çatdırmışlar. Qonaqlar  “Ekol Mühəndislik Xidmətləri” QSC-ni  də ekoloji yönümlü layihələri yerinə yetirən və inkişaf etmiş  bir şirkət  kimi tanıdıqlarını  qeyd edərək,  QSC ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişlər.

    QSC rəhbərliyi  öz fəaliyyətlərində dünya təcrübəsinin əldə olunmasına, xarici əlaqələrin genişləndirilməsinə və analoji şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına daimi maraqlı olduqlarını rusiyalı həmkarlarının nəzərinə çatdırmışlar.  

    Avqustun 18-də ŞQ-nun nümayəndələri QSC-nin  istehsalat sahələrində olmuş, sənaye-çirkab sularının, parafinin təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi ilə maraqlanmışlar. Texnoloji proseslər haqqında mütəxəssislər arasında geniş müzakirələr aparılmışdır.  Sonda gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə, texnoloji proseslərin daha da modernləşdirilməsi və nanotexnologiyaların tətbiqi sahəsində “Mirriko” ŞQ-nun nümayəndələri qarşısında məsələlər qoyulmuş və təkliflər paketinin hazırlanıb təqdim olunması qərara alınmışdır.

       

 
 

tarix : 19.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.