ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Balaxanıneft” NQÇİ-nin mədən ərazisində bioremediasiya işləri mərhələlər üzrə davam etdirilir

      2011-ci ildə “Ekol Mühəndislik  Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki  23.7  hektar neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihəsi də  daxildir. QSC-nin Ekoloji Monitorinq Departamentinin  apardığı  monitorinq işləri nəticəsində layihə ərazisində 125 min m3-dən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neftşlam və 70 min m3-dən çox mədən axıntı sularının olduğu müəyyən edilmişdir. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min m3 neftşlamın bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulmuşdur.

    Cari ildə layihə işləri təqvim planına uyğun olaraq yerinə yetirilmişdir. Ərazisi 2.5 hektara qədər olan bioremediasiya sahəsində, ilkin mərhələdə neftşlam torpaqla qarışdırılmış və şumlanmışdır.
    Avqustun 17-də isə bioremediasiya proseslərinin növbəti mərhələsinə, sahəyə torpaq və saman yayılmasına başlanılmışdır. Bu məqsədlə əraziyə lazımı miqdarda torpaq və saman gətirilmiş, xüsusi texnikanın və işçi qüvvəsinin köməkliyi ilə torpaq və samanın norma həddində  sahəyə yayılması həyata keçirilmişdir.  Sonrakı mərhələdə layihə ərazisində bioremediasiya  prosesi davam etdirilərək, sahənin şumlanması  üzvi və qeyri üzvi gübrələrlə təmin edilməsi işləri yerinə yetiriləcəkdir. 
       
 
 

tarix : 22.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.