ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC -də Ramazan bayramı qeyd olunmuşdur

      Avqustun 30-da dünya müsəlmanları Ramazan  bayramını böyük təntənə ilə qeyd edəcəkdir. Həqiqətən də Ramazan – Fitr  bayramı müsəlmanların ən böyük bayramlarındandır.  Bunun mahiyyəti isə  ilk növbədə insan ruhunun  yeniləşməsi, saflaşması, ilahi ab-havaya qərq olması ilə bağlıdır. Xeyir-bərəkətlə dolu Ramazan ayını başa vururuq. Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksəldiyimiz pillələrin  ən sonuna - 30-cu pilləyə, yəni mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda və ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən  30 pillə yüksəklikdə görürük. Elə Ramazan ayının bitməsi də bu yüksəlişin qeyd olunmasıdır.   Bu bayram sevinci Ramazan ayında yüksəlişə  nail olmamızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəldiyimizin, yeni ilahi zirvələr fəth etdiyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha da yaxın olmağımızın sevincidir.

     Ramazan bayramı  Respublikamızın hər yerində olduğu kimi “Ekol Mühəndislik Xidmətləri” QSC-də də böyük sevinclə qeyd olunmuşdur. QSC-nin rəhbərliyi kollektivin üzvlərini bu bayram  münasibətilə təbrik etmiş, Ulu Tanrıdan  onlara sülh, əmin-amanlıq, ruzi-bərəkət, firavanlıq bəxş etməsini və oruc tutanların  oruclarının qəbul olunmasını arzulamışlar. QSC-nin  kollektivinin 100-ə qədər oruc tutmuş üzvlərinə  təmənnasız ərzaq məhsulları paylanmışdır. Oruc tutan işçilər  bu diqqət və qayğıya görə QSC-nin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
 

 
 

tarix : 30.08.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.