ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Z.H.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi yüksək templə davam etdirilir

      2011-ci ildə ARDNŞ-nin Neftqazçıxarma idarələrinin mədən ərazilərində  ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planında, neftlə çirklənmiş torpaqların təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq,   bir çox NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri uğurla həyata keçirilir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC  bu layihələrin  icra olunmasında  fəal iştirak edir.    

    2011-ci ildə QSC-nin  həyata keçirdiyi layihələrdən biri də Z.H.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi  layihəsidir.  Layihə üzrə ümumi sahəsi  265 hektar olan 4-cü mədən  ərazisində  neftlə çirklənmiş ayrı-ayrı torpaq sahələrinin təmizlənməsi nəzərdə tutulmuşdur.

   QSC-nin Torpaqların Rekultivasiyası Departamenti cari ilin may ayından layihənin icrasına başlamışdır. Ərazidə neftlə çirklənmiş torpaqların təmizlənməsi texnoloji reqlamentə uyğun olaraq yerinə yetirilmiş və 75 hektara qədər ərazinin təmizlənməsi başa çatdırılmışdır. Hazırda  QSC  layihənin icrasını yüksək templə davam etdirir və layihənin nəzərdə tutulmuş müddətdə başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirir.
 
 
 

tarix : 05.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.