ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Qala gölü ətrafında həyata keçirdiyi ekoloji layihəni başa çatdırmışdır

      “Ekol Mühəndislik Xidmətləri” QSC  2011-ci ildə  icra etdiyi  ekoloji layihələrin vaxtında və keyfiyyətlə  yerinə yetirilməsi üçün  bütün zəruri tədbirləri həyata keçirir. QSC-nin cari ildə “Azneft” İB-nin sifarişi ilə  icra etdiyi  ən önəmli layihələrdən biri  isə, “H.Z.Tağıyev adına NQÇİ-nin  2 saylı  NQÇS-nin  köhnə Qala yatağının  ərazisində yerləşən, Qala gölünün ətrafında olan neftlə çirklənmiş sahələrin  təmizlənməsi işlərinin yerinə  yetirilməsi” layihəsidir.

     QSC-nin Ekoloji Monitorinq Departamentinin  apardığı monitorinq işləri nəticəsində  müəyyən edilmişdir ki, 76 hektar sahəsi olan Qala gölünün sahil xətti və ətraf sahələr uzun illərdir ki, neftlə çirklənməyə məruz qalmışdır. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların Rekultivasiyası Departamenti mart ayında  layihənin icrasına başlamış, xüsusi texnika və işçi qüvvəsini cəlb etməklə, təqvim planına uyğun olaraq layihəni avqust ayında müvəffəqiyyətlə başa çatdırmışdır.

     Layihənin icra müddətində Qala gölünün sahil xəttindən və ətraf  ərazilərdən  120 min m3-dən çox neftşlam çıxarılaraq anbarlaşdırılmış,  əraziyə 25 min m3-dən çox ştib və 102 min m3-ə qədər torpaq daşınaraq hamarlama işləri aparılmışdır. Görülən işlər nəticəsində gölün ətrafında 24 hektar neftlə çirklənmiş  sahələr təmizlənərək  reabilitasiya olunmuşdur.

    Layihənin icra edilməsi ilə Qala gölünün ətraf əraziləri  öz əvvəlki görkəminə qayıtmış və ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.
 
 
 

tarix : 08.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.