ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurur

      Daimi inkişafda olan  “Ekol Mühəndislik Xidmətləri” QSC  öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq üçün mütəmadi  tədbirlər həyata keçirir. Əsasən ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC,   hələ fəaliyyətinin ilk illərində  TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.

    Bununla yanaşı,  “Ekol Mühəndislik Xidmətləri” QSC  beynəlxalq idarəetmə standartlarının  digər  sahələrinin də mənimsənilməsini və bu standartların tələblərinə əməl olunmasını qarşıya məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq,   QSC-də ISO-9001 Keyfiyyətin İdarəedilməsi Sistemlərinin və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyin İdarəetmə Sistemlərinin  beynəlxalq  standartlar üzrə tələblərinin mənimsənilməsi    qəbul edilməsi məqsədilə   sentyabrın 12-dən kurslara  başlanılmışdır.

   “Ekol Mühəndislik Xidmətləri” QSC   baş direktorunun əmri ilə beynəlxalq standartlar üzrə kursların keçirilməsində əsas məqsəd,  QSC-də  aparılan işlərin keyfiyyətini yüksəltməkdən, təhlükəsizliyini təmin etməkdən, kadrların  bilik səviyyəsini artırmaqdan və iş təcrübəsini yüksəltməkdən ibarətdir.

    Kursların keçirilməsi üçün  Türk Standartları İnstitutundan mütəxəssis dəvət olunmuşdur. Kurslara əsasən QSC-nin istehsalat, ekologiya, təhlükəsizlik texnikası, kadrlarla iş üzrə rəhbər və mühəndis işçiləri cəlb edilmişdir.  Kursların   12-16.09.2011-ci il və 19-23.09.2011-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulmuşdur.

                  

tarix : 12.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.