ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik xidmətləri” QSC “Azneft” İB-nin Qaraçuxur İNM-nin mədən ərazilərində həyata keçirdiyi layihələri uğurla başa çatdırmışdır

   “Ekol Mühəndislik xidmətləri” QSC 2011-ci ildə həyata keçirdiyi ekoloji layihələrdən biri də  “Azneft” İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədənləri (İNM) ərazilərində  neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsidir.  Uzun illər neftin hasil edilməsi ilə əlaqədar olaraq, bu ərazilərin çox hissəsi çirklənməyə məruz qalmış və ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.

    Son illərdə ARDNŞ-nin  neft sənayesi sahələrində həyata keçirdiyi irimiqyaslı ekoloji layihələrin tərkib hissəsi olaraq,  2011-ci ildə “Azneft” İB Qaraçuxur   İNM-nin mədən ərazilərində də ekoloji layihələrin icrasına başlamışdır. Bu layihənin yerinə yetirilməsi isə “Ekol Mühəndislik xidmətləri” QSC-nə həvalə olunmuşdur.
     Bununla əlaqədar olaraq, QSC Qaraçuxur İNM-nin ərazilərində  neftlə çirklənmiş torpaqların təmizlənməsini  eyni zamanda 3 ayrı-ayrı layihələr  üzrə həyata keçirməyə başlamışdır. İNM-nin  ərazisində  1-ci layihə üzrə  4 hektar ərazi təmizlənmiş, sahəyə  50 min m3- qədər torpaq, 768 m3 isə ştib daşınaraq  hamarlama işləri aparılmışdır. Bu sahədə layihənin icrası iyun ayında başlanmış və iyul ayımda başa çatdırılmışdır. 2-ci layihə üzrə  3.2 hektar ərazi çirklənmədən təmizlənmiş, sahəyə 48 min m3-ə qədər torpaq daşınaraq yayılmış, layihənin icrası  iyul ayında başlayıb avqust ayında tamamlanmışdır. 3-cü layihə üzrə isə 9 hektar sahə neftlə  çirklənmədən təmizlənmiş, sahəyə 318 min m3-ə qədər torpaq, 82 min m3-dən çox ştib daşınaraq hamarlama işləri yerinə yetirilmişdir. 3-cü layihənin icrasına  iyun ayında başlanılmış və  avqust ayında  başa çatmışdır. 

    Bununla da, “Ekol Mühəndislik xidmətləri” QSC  “Azneft” İB-nin Qaraçuxur İNM-nin  mədən ərazilərində  neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini, təqvim planına uyğun vaxtında və keyfiyyətlə icra etmiş,  nəticədə ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.

        
 
 
 
 
 
 

tarix : 15.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.