ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Z.H.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi yekunlaşmaq üzrədir

     ARDNŞ-nin neft sənayesi sahələrində  ekoloji vəziyyətin yaxşılaşdırılması  sahəsində tədbirlər davam edir. Bu tədbirlər planı çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2011-ci ildə NQÇİ-nin mədən ərazilərində  həyata keçirdiyi  ekoloji layihələr keyfiyyətlə və vaxtında icra olunur və bu ərazilərin əvvəlki görkəmi özünə qaytarılır.

    QSC-nin 2011-ci ildə icrasına başladığı “Azneft” İB-nin  Z.Tağıyev adına NQÇİ-nin köhnə Qala yatağındakı Qala gölünün ətrafında və   Qaraçuxur İNM-nin  mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri uğurla başa çatdırılaraq sifarişçiyə təhvil verilmişdir. Hazırda Ə.Əmirov adına NQÇİ-nin və “Balaxanıneft” NQÇİ-nin 2-ci  mədən ərazilərində neftşlamın bioremediasiyası, Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində isə neftlə çirklənmiş torpaqların  təmizlənməsi  layihələri yüksək templə davam etdirilir.

    QSC-nin  həyata keçirdiyi Z. Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi  layihəsi üzrə ümumi sahəsi  265 hektar olan ərazidə  neftlə çirklənmiş ayrı-ayrı torpaq sahələrinin təmizlənməsi nəzərdə tutulmuşdur. Layihənin icrasına cari ilin may ayında başlanmış, sentyabr ayının ikinci ongünlüyü də daxil olmaqla  90 hektara qədər ərazi neftlə çirklənmədən təmizlənmişdir. Layihənin icra müddətində xüsusi texnika və ağır tonnajlı nəqliyyat vasitələri ilə  əraziyə 520 min m3-ə qədər ştib daşınmış və ərazi daxilində 23 min m3-ə qədər torpaq yayılaraq  relyefin hamarlanması işləri aparılmışdır.

    Hazırda bu layihə üzrə  işlər yekunlaşmaq üzrədir.  QSC Layihənin nəzərdə tutulmuş müddətdə başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirir.

        
 
 

tarix : 19.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.