ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabr “Neftçilər günü”nü layiqli töhfələrlə qarşılayır

    Hər il 20 sentyabr, “Neftçilər günü” respublikamızda böyük təntənə və bayram əhval – ruhiyyəsi ilə qeyd olunur, respublikamızın iqtisadiyyatının dinamik inkişafında misilsiz  fədakarlıq göstərən bu peşə sahiblərinin əməyinə xüsusi diqqət və rəğbət göstərilir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC də ötən illərdə olduğu kimi,  cari ildə də “Neftçilər günü”nü layiqli töhfələrlə qarşılamışdır. ARDNŞ-nin  neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına uyğun olaraq, QSC 2011-ci ilin müvafiq dövründə   bir sıra aktual  ekoloji layihələrin uğurla həyata keçirilməsinə müvəffəqiyyətlə nail olmuşdur.

      Bununla yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabrda “Neftçilər günü” münasibətilə paytaxta keçirilən rəsmi tədbirlərə də qatılmışdır. Milli parkda təşkil edilmiş sərgidə  15 metrlik stendlə təmsil olunmuş QSC  özünün son nailiyyətlərini, yeni texnika və texnologiyalarını sərgi iştirakçılarına nümayiş etdirmişdir. Xüsusi zövqlə və əyani vasitələrlə tərtib edilmiş  stend sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.

     Axşam saatlarında  sərgini seyr edən dövlət rəsmləri və ARDNŞ-nin rəhbərliyi  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin stendinə də baxış keçirmişlər. QSC-nin baş direktoru Ramil Əliyev  dövlət rəsmlərinə  və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə  görülmüş işlər və perspektiv  planlar barədə qısa məlumat vermişdir. QSC-nin  baş direktorun məlumatı və nümayiş etdirilən stendi dövlət rəsmlərinə  xoş təəssürat bağışlamışdır. Milli parkda  “Neftçilər günü”nə həsr olunmuş sərgi axşam saatlarınadək davam etmiş  və paytaxt sakinləri tərəfindən maraqla izlənilmişdir.

    Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də  “Neftçilər günü” münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamları ilə, neft sənayesinin inkişafındakı xidmətlərinə görə  Dövlət Neft Şirkətinin  bir sıra işçiləri orden və medallara layiq görülmüş, bəzi işçilərə isə Azərbaycan respublikası Prezidentinin  fərdi təqaüdü verilmişdir.

     Neftçilərin peşə bayramı ilə əlaqədar  ARDNŞ- də geniş tədbir keçirilmiş,  Şirkətin prezidenti  cənab Rövnəq  Abdullayevin  15 sentyabr 2011-ci il tarixli,  141 saylı əmri ilə   müxtəlif struktur bölmələrində çalışan bir çox işçilər, “Neft və qaz sənayesinin  inkişafında xüsusi xidmətlərinə görə” Fəxri Fərmanla təltif edilmişlər. Təltif olunanlar arasında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Tullantıların emalı departamentinin  texnoloji qurğuların operatoru Səmədov Rasim Abuzər oğlu və Nəqliyyat sexinin ekskavator maşinisti Ələsgərov Telman İsmayıl oğlu da olmuşlar.

 
 
 
 
 
 

tarix : 21.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.