ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunun tədbirində iştirak etmiş və üzvlük sertifikatını almışdır

     Sentyabrın 22-də Bakıda, Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar     Klubuna (CEIBC) üzvü olan şirkətlərin nümayəndələri ilə ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüş keçirilmişdir. Görüşə klub üzvləri ilə yanaşı Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, Litva, İran və digər ölkələrin  diplomatik nümayəndələri də qatılmışlar. Bu görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni baş direktor Ramil Əliyev və baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov təmsil etmişlər.

   Xoşbəxt Yusifzadə görüş iştirakçılarına neft sənayesi sahələrinin fəaliyyəti və perspektiv planları, Azərbaycanın 20 illik müstəqilliyi dövründə əldə olunan nailiyyətlər  barədə geniş məlumat vermişdir. O, çıxışına davam edərək CEIBC-nin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də mühüm və işgüzar fəaliyyəti barədə müsbət fikirlərini qeyd etmişdir.

  ARDNŞ-nin I-ci vitse-prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  yeni neft strategiyasının Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən çox uğurla həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki,  neft sənayesinin müasir tarixi  “Azəri” ,  “Çıraq” və  Xəzərin dərinsulu hissəsindəki “Günəşli” yataqlarının işlənməsi ilə başlanmışdır.

   Görüş işgüzar və qarşılıqlı dialoq şəraitində keçmiş, ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Görüşdə CEIBC-nun  iştirakçılarına üzvlük sertifikatları da təqdim olunmuşdur. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyevə də Klubun gümüş üzvlük sertifikatı verilmişdir. QSC-nin baş direktoruna sertifikatı ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə təqdim etmişdir. Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 
 
 

tarix : 23.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.