ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yeni Azərbaycan Partiyası “Ekol “ ilk ərazi təşkilatında partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələri təqdim edilmişdir

      Yeni Azərbaycan Partiyasının uğurlu və praqmatik siyasi kursu sayəsində  Azərbaycan  sürətli dinamik inkişafa, dünya dövlətlərinə inteqrasiyaya nail olmuş,  daxili və xarici siyasətində müstəsna nailiyyətlər əldə etmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP hazırda dünyanın nüfuzlu siyasi partiyaları sıralarında özünə layiqli yer tutmuşdur. 20 ilə yaxındır ki, iqtidarda olan Yeni Azərbaycan Partiyasının siyasi kursu partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilir. Bu tarixi həqiqətləri dərk edən Azərbaycan cəmiyyəti, xüsusilə ziyalılar və gənclər bu siyasi partiya  ətrafında daha da sıx birləşərək,  partiyanın siyasi kursunun uğurla davam etdirilməsində və respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda  600 mindən çox  ziyalı və gənc bu siyasi partiya ətrafında sıx birləşmişdir.

      2006-cı ildə yaranmış və respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində önəmli layihələr həyata keçirən “Ekol Mühəndislik Xidmətləri”  QSC–nin kollektivi, hər zaman ölkəmizin ictimai-siyasi həyatında da fəallıq göstərmişdir.  2007-ci ildə  QSC-nin fəallarının təşəbbüsü ilə  Yeni Azərbaycan Partiyası, Nizami rayon təşkilatının “Ekol” ilk ərazi təşkilatı yaradılmışdır. Ərazi təşkilatı yarandığı ildən  respublikamızın və Nizami rayon  təşkilatının  ictimai-siyasi həyatında  ən fəal təşkilatlardan olmuş və dəfələrlə YAP Nizami rayon təşkilatının Fəxri Fərmanlarına layiq görülmüşdür. “Ekol” ilk ərazi təşkilatının sıraları günü-gündən artaraq möhkəmlənmişdir. 2007-ci ildə 17 nəfər üzvü olan ərazi təşkilatının hazırda 200 nəfərdən çox fəal üzvü vardır.

     Yeni Azərbaycan Partiyasının nüfuzunun durmadan artması və respublikamızın ictimai-siyasi, iqtisadi həyatındakı misilsiz rolu daimi cəmiyyətin diqqət və maraq mərkəzindədir. Odur ki, siyasi əqidəsi yetkin olan insanlar böyük həvəslə  YAP sıralarına  daxil olmaq üçün  təşəbbüs göstərirlər.

      YAP  “Ekol” ilk ərazi təşkilatında da partiyanın boy sıraları daimi dinamik inkişafdadır. Demək olar ki, hər ay QSC-nin ayrı-ayrı struktur bölmələrindən YAP-na üzv olmaq üçün müraciətlər olunur. 20 sentyabr “Neftçilər günü” və Azərbaycan Respublikasının müstəqilliyinin  20 illiyi ərəfəsində  YAP “Ekol” ilk ərazi təşkilatında  partiya  sıralarına  yeni qəbul olunmuş  üzvlərə vəsiqələr təqdim edilmişdir. YAP-nın yeni üzvləri   böyük sevinc hissi keçirdiklərini,  üzvlük vəsiqəsini şərəflə daşıyacaqlarını və ictimai-siyasi həyatda daimi fəal olacaqlarını əminliklə bildirmişlər.

 

 
 

tarix : 26.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.