ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgidə iştirak edir

Azərbaycan  Respublikasının  dövlət müstəqilliyinin bərpasının 20–ci ildönümü ölkəmizdə dövlət səviyyəsində  geniş qeyd olunur. 20 illik yubiley münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində respublikamızın  qısa müddətdə qazandığı uğurları, müvəffəqiyyətləri və nailiyyətləri əyani olaraq nümayiş etdirmək məqsədilə, “Bakı Ekspo” sərgi mərkəzində “Azərbaycan  20 ildə “ adı altında  Milli Sərgi təşkil olunmuşdur. Sərgi müstəqillik illərində  Azərbaycan Respublikasının  keçirdiyi zəngin  inkişaf yolunda qazandığı parlaq qələbələri və nailiyyətləri təbliğ etmək məqsədini daşıyır.

      Sentyabrın 27-də  sərginin açılış mərasimi  olmuşdur. Açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,  hökumət üzvləri, nazirlər, komitə sədrləri, diplomatik səfirliklərin nümayəndələri, respublikamızda fəaliyyət göstərən  xarici və yerli şirkətlərin rəhbərləri iştirak etmişlər.

    Qeyd etmək lazımdır ki,   müəssisə, təşkilat və şirkətlərə  müstəqillik dövründə əldə etdikləri nailiyyətləri  nümayiş etdirmələri üçün  əlverişli şəraitin yaradılması ilə yanaşı, sərgi qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması baxımından da mühüm  əhəmiyyət kəsb edir.

      Bu möhtəşəm sərgidə,  respublikamızın  ictimai-siyasi həyatında hər zaman fəallıq göstərən  “Ekol Mühəndislik Xidmətləri” QSC də  fəaliyyət sahələrini,  həyata  keçirdiyi  aktual   ekoloji   layihələri   əldə  etdiyi  uğurlu nailiyyətləri  əks etdirən  maraqlı kompozisiyalı stendlə iştirak edir. Respublikamızda çirkab suların təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların  rekultivasiyası və bioremediasiyası, yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi sahəsində potensial bir şirkət  imici qazanmış “Ekol Mühəndislik Xidmətləri “QSC-nin  nümayiş etdirdiyi stend sərgi iştirakçıları tərəfindən çox maraqla izlənilir.

     Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunmuş  “Azərbaycan  20 ildə “ adı altında   Milli Sərginin sentyabrın 30-dək davam edəcəyi nəzərdə tutulmuşdur.
 

tarix : 27.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.