ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin mənimsənilməsi və qəbul edilməsi məqsədilə təşkil olunmuş kurslar uğurla başa çatmışdır

      Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı şəraitində respublikamızda fəaliyyət göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq, öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  də prioritet hədəflərindəndir. Qeyd olunduğu kimi, ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC,   hələ fəaliyyətinin ilk illərində  TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.

    Dünyanın qabaqcıl  təcrübələrinə maraq göstərən, istehsalat sahələrinə ən müasir texnika və texnologiyaları tətbiq edən və daimi inkişafda olan  “Ekol Mühəndislik Xidmətləri” QSC, beynəlxalq idarəetmə standartlarının  digər  sahələrinin də mənimsənilməsini və bu standartların tələblərinə əməl olunmasını qarşıya məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq,  QSC-də ISO-9001 Keyfiyyətin İdarəedilməsi Sistemlərinin və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyin İdarəetmə Sistemlərinin  beynəlxalq  standartlar üzrə tələblərinin mənimsənilməsi    qəbul edilməsi məqsədilə,   sentyabrın 12-dən 23-dək QSC-də kurs  təşkil olunmuşdur. Kursa     QSC-nin istehsalat, ekologiya, təhlükəsizlik texnikası, kadrlarla iş üzrə rəhbər və mühəndis işçiləri cəlb edilmişdir.

     Türk Standartları İnstitutundan dəvət olunmuş  Mehmet  Ali Dönməz, kurs iştirakçılarına  beynəlxalq standartların tələb və qaydalarını əyani vasitələrlə və qarşılıqlı anlaşma şəraitində tədris etmişdir. Kursun sonunda keçirilən sınaq imtahanları nəticəsində, dinləyicilər tərəfindən  tədris proqramını  tam mənimsənildiyi aşkar olunmuşdur.

     Sentyabrın 23-də  QSC-də Beynəlxalq Standartların İdarəedilməsi sahəsində təşkil olunmuş kursun başa çatması ilə əlaqədar toplantı keçirilmişdir. Toplantıda Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiləri Hasan Demirtaş, QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və digər rəhbər işçilər iştirak etmişlər.

      Toplantıda iştirak edən Rəşad  İsmayılov,  ilk növbədə bu kursun təşkilatçılarına və  Mehmet  Ali Dönməzə  öz təşəkkürünü bildirmiş və beynəlxalq standartların  hər bir müəssisə və təşkilat üçün çox önəmli olduğunu qeyd etmişdir. TSE-nin Azərbaycan təmsilçisi Hasan Demirtaş   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin artıq tanınmış bir şirkət olduğunu, Beynəlxalq Standartların qəbul olunmasında daimi maraqlı olduğunu və TSE ilə işgüzar əməkdaşlıq əlaqələrinin yarandığını toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. Toplantıda çıxış edən digər rəhbər işçilər də kursun təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, dinləyicilərə bu sahədə uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, fəaliyyətin Beynəlxalq Standartlar səviyyəsində qurulması zamanın tələbidir. Əminliklə vurğulanmışdır ki, yeni standartların   (ISO-9001, ONSAS-18001) qəbul edilməsi  “Ekol Mühəndislik Xidmətləri”    QSC-nin fəaliyyətinə və inkişafına daha  güclü təkan verəcəkdir.

    Toplantıda qərara alınmışdır ki, yeni standartlar üzrə sertifikatların alınması üçün bütün istehsalat sahələri əhatə edilməklə, QSC-də zəruri hazırlıq işlərinə başlansın və ən qısa zamanda başa çatdırılsın.

 

 

 
 

tarix : 28.09.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.