ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların emalı departamentinin 8-ci sahəsində profilaktiki təmir və abadlaşdırma işləri həyata keçirilir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların emalı departamentinin (TED) fəaliyyət sahələrindən biri də  ərsin parafininin təmizlənməsidir. 2007-ci ildə  QSC-nin istehsalat sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən  yeni parafin təmizləmə sexi inşa edilərək istifadəyə verilmişdir. TED-nin   8-ci sahəsi kimi  fəaliyyət göstərən bu sexdə bir ildə “BP Exploreyşn” (CASPİAN SEA) LTD-dən daxil olan 100-150 tona qədər ərsin parafininin təmizlənməsi həyata keçirilir. Cari ilin müvafiq dövründə isə “Sifarişçi” təşkilatdan daxil olan 99 tona qədər parafin təmizlənmişdir.

      Hər il  olduğu kimi,  2011-ci ildə də TED-nin  8-ci sahəsində daxili imkanlar hesabına profilaktiki təmir və abadlaşdırma işləri  yerinə yetirilir. Payız-qış mövsümünün  başlanması ilə əlaqədar olaraq sexin 70 m2-lik dam örtüyü dəyişdirilmiş,  sahədə olan  su, buxar və hava xətləri izolyasiya olunmuşdur. Sahədə olan  qurğu və avadanlıqlar, eləcə də boru xətləri təyinatına uyğun olaraq rənglənmişdir. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə sahədə əlavə yanğınsöndürmə  hidrantları quraşdırılmışdır.  Parafinin  qızdırılması üçün nəzərdə tutulmuş buxar xəttinin   yararsız hissələri yenisi ilə əvəz olunmuş, sıradan çıxmış  siyirtmələr dəyişdirilmişdir. Parafin təmizləyən tutumlarda profilaktiki  təmir işləri başa çatdırılmışdır. Hazırda Operator otağında  müasir tələblərə uyğun təmir işləri aparılır.

     TED-nin 8-ci sahəsinin  ərazisində də  kifayət qədər abadlaşdırma işləri görülmüşdür. Sahəni əhatə edən hasarlar rənglənmiş, ərazidə xeyli sayda dekorativ ağac və gül kolları əkilmişdir.

 
 

tarix : 11.11.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.