ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri Qazaxıstan Respublikasının Aktau şəhərində xidməti ezamiyyətdə olmuşlar

       “Ekol Mühəndislik Xidmətləri” QSC öz maddi texniki bazasının gücləndirilməsi və nanotexnologiyaların istehsalata tətbiqi istiqamətində daimi məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində neftşlamın  emalı və zərərsizləşdirilməsi, sənaye-çirkab sularının və neftlə çirklənmiş torpaqların  təmizlənməsi sahəsində artıq dünyanın bir çox tanınmış şirkətlərinin istehsalı olan qurğular uğurla QSC-nin istehsalat sahələrinə tətbiq edilmiş və müsbət nəticələr əldə olunmuşdur.

     Bununla yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC  dünyanın qabaqcıl ölkələrində istehsal olunan, iqtisadi və ekoloji cəhətdən daha səmərəli və daha məhsuldar qurğuların əldə olunması və istehsalata tətbiqi sahəsində axtarışlarını davam etdirir.  Bu məqsədlə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev noyabrın 17-dən 19-dək Qazaxıstan Respublikasının Aktau şəhərində xidməti ezamiyyətdə olmuşlar.

    Ezamiyyə müddətində QSC nümayəndələri  Almaniyanın Flottweg Şirkətinin Qazaxıstan nümayəndəsi Frank Ropertzin təqdimatı ilə  məhsuldarlığı 20 m3/saat olan Trikantr qurğusu ilə tanış olmuşlar. Sonra QSC nümayəndələri Flottweg Şirkətinin nümayəndəsi ilə birlikdə, “Munay-Ecology Company” LLP şirkətinin  Uzen şəhərindəki istehsalat sahəsində  istismarda olan Trikantor qurğusuna baxış keçirmişlər. Qurğunun iş prinsipi, məhsuldarlığı və texniki göstəriciləri QSC nümayəndələrinin marağına səbəb olmuşdur.

    Sonda Trikantor qurğusunun Azərbaycan şəraitində istifadəsinin mümkün variantlarının müzakirə olunması və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə, QSC nümayəndələri Almaniyanın Flottweg Şirkətinin nümayəndələrini  bu ilin dekabr ayında Bakıya dəvət etmişlər.

tarix : 22.11.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.