ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Qazaxıstanın “Munay-Ekologiya” Şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir

     Xəbər verildiyi kimi, noyabrın 17-dən 19-dək  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə müddətində  nümayəndə heyəti “Munay-Ekologiya” Şirkətinin  Uzen şəhərindəki istehsalat sahələrinə də baxış keçirmiş, texnoloji proseslərlə və Almaniyanın  Flottweg şirkətinin istehsalı olan Trikantr  qurğusunun iş prinsipləri ilə yaxından tanış olmuşlar.

     Bu əlaqələrin  davamı olaraq  noyabrın 23-də “Munay-Ekologiya” Şirkətinin   baş direktoru Duman Aripbayev QSC-də olmuş və rəhbərliklə  işgüzar görüş keçirilmişdir. QSC-nin baş direktoru Ramil Əliyev qonağı səmimi salamlayaraq,  “Munay-Ekologiya” Şirkətinin tanınmış bir şirkət olaraq Qazaxıstan Respublikasında  müasir texnika və texnologiyalarla analoji ekoloji layihələr həyata keçirdiyi haqda məlumatlı olduğunu onun diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, elə bu səbəbdən də bu şirkətlə  əməkdaşlıq əlaqələrinin  yaradılmasında   maraqlıdırlar.

   “Munay-Ekologiya” Şirkətinin baş direktoru Duman Aripbayev   səmimi qəbul üçün öz təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, rəhbərlik etdiyi şirkət Qazaxıstanda      QSC-nin fəaliyyət sahələri ilə analoji olaraq  bir çox istiqamətlərdə aktual ekoloji layihələr həyata keçirir. Bu layihələrin  vaxtında və keyfiyyətlə yerinə yetirilməsi isə   yeni texnika və texnologiyaların tətbiqi zərurətini yaradır. Odur ki, şirkətimiz  dünyanın  bu sahədə tanınmış şirkətlərinin  nanotexnologiyalarının istehsalata tətbiqi sahəsində daimi məqsədyönlü tədbirlər həyata keçirir. D.Aripbayev xüsusilə Almaniyanın  Flottweg şirkətinin istehsalı olan Trikantr  qurğusunun  istehsalata tətbiqi nəticəsində əldə etdikləri uğurlu nəticələr barədə QSC rəhbərliyinə ətraflı məlumat vermişdir.

    Duman Aripbayev qeyd etmişdir ki,  həm  “Ekol Mühəndislik Xidmətləri” QSC,  həm də    “Munay-Ekologiya” Şirkəti öz fəaliyyətləri ilə  planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılması missiyasının iştirakçılarıdırlar. Ona görə də şirkətlərimiz arasında  əməkdaşlıq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə böyük önəm verirəm. QSC-nin baş direktoru Ramil Əliyev də,   öz növbəsində    analoji şirkətlərlə səmərəli və perspektivli əməkdaşlıq münasibətlərinin yaradılmasına hər zaman hazır olduqlarını qazaxıstanlı həmkarının  diqqətinə çatdırmışdır.

     İşgüzar şəraitdə keçən görüşdə yeni, müasir qurğuların  istehsalata tətbiqi sahəsində ətraflı fikir mübadiləsi aparılmış  və gələcəkdə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də  şirkətlərin ikitərəfli  təcrübələrdən  bəhrələnməsi məsələləri  geniş müzakirə edilmişdir.  
 

tarix : 24.11.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.