ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Alfa -Laval” Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

    Noyabrın 24-də “Ekol Mühəndislik Xidmətləri QSC-nin baş ofisində  “Alfa -Laval” Şirkətinin  Emal Texologiyaları Bölümünün Seqment müdiri Levent Dinçer və “Sanmar” Elektrik və İnşaat Malzemeleri LTD.STİ şirkətinin rəhbəri Erol Nazlı ilə QSC rəhbərlərinin görüş keçirilmişdir.

   Görüşdə baş direktor Ramil Əliyev qonaqları salamlayaraq  QSC-nin həyata keçirdiyi geniş spektrli ekoloji layihələr,  istifadə olunan texnika və texnologiyalar haqqında geniş məlumat  vermişdir. Qeyd olunmuşdur ki, 2008-ci ildən  QSC ilə “Alfa-laval” şirkəti arasında  ikitərəfli əməkdaşlıq əlaqələrinə başlanmışdır. Elə həmin ildən də  neftşlamın emalı və zərərsizləşdirilməsi  məqsədilə “Alfa-Laval” şirkətinin  2 fazalı dekantr qurğuları QSC-nin  istehsalat sahələrinə tətbiq edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

   Türkiyəli qonaqları “Alfa-Laval” şirkətinin istehsal etdiyi qurğuların QSC-nin istehsalat sahələrində uğurla istismar olunduğundan məmnunluq hissi keçirdiklərini  və bu sahədə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirmişlər.

    Görüşdə eyni zamanda  istismarda olan dekantor qurğularının texniki təminatı, effektivliyin və məhsuldarlığın artırılması və gələcəkdə yeni qurğuların alınması məsələləri geniş müzakirə olunmuşdur.
 

tarix : 28.11.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.