ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahəsindəki yarımstansiyada yenidənqurma işləri həyata keçirilmişdir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinin  vaxtında və keyfiyyətlə yerinə yetirməsində  elektrik enerjisinin, qaz  və su təchizatının fasiləsizliyi  əsas şərtlərdən biridir. Bununla əlaqədar olaraq,  QSC-nin istehsalat sahələrində  uzun illər istismarda olan   elektrik təsərrüfatının yenidən qurulması, qaz, su və hava xətlərinin  yenisi ilə əvəz edilməsi istiqamətində məqsədli tədbirlər həyata keçirilir.

    2011-ci ilin ötən dövründə də bu istiqamətdə məqsədyönlü işlər yerinə yetirilmişdir. Yeni 3 fazalı dekantr qurğusu üçün avtonom yarımstansiya tikilərək  istifadəyə verilmiş,  müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Qurğu üçün əlavə su və hava xətlərinin  çəkilişi də  başa çatdırılmışdır.

    Cari ildə yerinə yetirilən işlər sırasında,  əsas istehsalat sahələrini elektrik enerjisi ilə təmin edən 30 saylı yarımstansiyanın yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Görülən tədbirlər nəticəsində yarımstansiyada olan köhnə AVM tipli  qurğu və avadanlıqlar Almaniya istehsalı olan, müasir standartlara cavab verən “Şalter” tipli açar və “Siemens” tipli avtomatlarla  əvəz edilmiş, yeni kabel  xətləri çəkilmişdir. Gücü 6-04 kva olan yarımstansiyada ümumilikdə 90 ədəd avtomat açar və cərəyan transformatorları dəyişdirilmişdir. Bununla da, QSC-nin  Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisindəki istehsalat sahələrində  elektrik enerjisinin verilməsi xeyli dərəcədə yaxşılaşdırılmış və itkilərin qarşısı alınmışdır.

 

 
 

tarix : 30.11.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.