ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Beynəlxalq standartların mənimsənilməsi və qəbul edilməsi məqsədilə maarifləndirmə tədbirləri keçirilir

       Qeyd edildiyi kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC  ilk illərdən öz fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində qurmaq üçün ardıcıl  tədbirlər həyata keçirir. QSC 2007-ci ildə TSE-ISO-EN-14001 standartlarını qəbul etmiş, beynəlxalq idarəetmə sistemlərinin  digər  sahələrinin də qəbul edilməsini və bu standartların tələblərinə əməl olunmasını qarşıya məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq, İSO-9001 Keyfiyyətin İdarəedilməsi Sistemlərinin və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyin İdarəetmə Sistemlərinin  beynəlxalq  standartlar üzrə tələblərinin mənimsənilməsi  məqsədilə, 2011-ci ilin sentyabr ayında QSC-də kurslar təşkil olunmuşdur. Türk Standartları İnstitutunun mütəxəssisi tərəfindən xüsusi proqramla tədris edilən kurslarda QSC-nin istehsalat, ekologiya, təhlükəsizlik texnikası, kadrlarla iş üzrə rəhbər və mühəndis işçiləri iştirak etmiş və sertifikatlar almışlar.

        Keçirilmiş kurslardan sonra, mövcud beynəlxalq standartların qəbul olunması və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  istehsalat sahələrinə tətbiq edilməsi məqsədilə, Cəmiyyətin  strategiyasından irəli gələn növbəti tədbirlər  həyata keçirilmişdir. QSC-nin baş direktorunun əmri ilə işçi qrupu tərəfindən  İSO 9001 -Keyfiyyət, İSO 14001- Ətraf mühitin mühafizəsi, OHSAS 18001- Əməyin mühafizəsi və təhlükəsizliyi beynəlxalq idarəetmə sistemlərinin tələblərinə əsasən rəhbər sənədlərin hazırlanması işləri yerinə yetirilmişdir. Artıq “Keyfiyyət, Ətraf mühitin mühafizəsi”, “Əməyin mühafizəsi və təhlükəsizliyi”, “Siyasət”, “Sənədləşdirmə və qeydlərə nəzarət”, “Daxili audit”, “Uyğun olmayan məhsula nəzarət”, “Düzəldici və önləyici fəaliyyət” proseduraları hazırlanmışdır.  Bu sənədlərin  tələblərinin   icrasını təmin etmək məqsədilə, Ekoloji monitorinq departamentinin  rəhbər işçiləri tərəfindən   mərhələli şəkildə QSC-nin  struktur bölmələrində çalışan işçi personalın maarifləndirilməsi işləri aparılır.
      Beynəlxalq Standartlar sahəsində maarifləndirmə  tədbirləri  QSC-nin  Tullantıların emalı departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi), 7-ci sahəsində (“Azərneftyağ” NEZ-nun ərazisi) və  QSC-nin baş ofisində  ardıcıl olaraq keçirilmişdir. Maarifləndirmə tədbirlərini təşkil edən  Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, departamentin rəis müavini Natella Şəfiyeva və mühəndis Elməddin Hüseynov  QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin təhlükəsiz, keyfiyyətli və ətraf mühitə zərər vermədən yerinə yetirilməsində beynəlxalq standartların rolunu işçi personalın diqqətinə çatdırmış  və idarəetmə proseduralarını onlara ətraflı izah etmişlər.

     QSC-də beynəlxalq standartların qəbul edilməsi və istehsalata tətbiqi sahəsində hazırlıq işləri davam etdirilir.

                         

 
 

tarix : 06.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.