ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC rəhbərliyinin Latviyanın Azərbaycandakı səfiri ilə işgüzar görüşü keçirilmişdir

       Dekabrın 8-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis başda olmaqla səfirliyin nümayəndələri ilə QSC rəhbərliyinin işgüzar görüşü keçirilmişdir. Görüşdə    QSC-nin baş direktoru Ramil Əliyev qonaqları səmimi salamlayaraq  bu görüşdən böyük məmnunluq hissi keçirdiyini bildirmişdir. Baş direktor qeyd etmişdir ki,  Azərbaycan-Latviya dostluq əlaqələrinin dərin tarixi kökləri vardır. Ölkələrimizin müstəqillik illərində isə  dövlət başçılarımızın ardıcıl səyləri nəticəsində bütün sahələrdə əməkdaşlıq əlaqələri daha da genişlənmiş və daha da inkişaf etmişdir.

       Ramil Əliyev qeyd etdi ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı maraqlar və qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərdir. Şübhə yox ki,  iki ölkə rəhbərliyinin  apardığı məqsədyönlü siyasət nəticəsində növbəti illərdə də ikitərəfli münasibətlər daha da güclənəcək, daha  çox sahələri əhatə edəcəkdir. O, QSC-nin yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi.
    Latviyanın Azərbaycandakı səfiri  Hardiys Baumanis səmimi qəbul üçün QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi. Səfir Azərbaycan-Latviya əməkdaşlığının  hərtərəfli inkişaf mərhələsində olduğunu görüş iştirakçılarının  diqqətinə çatdırdı. H.Baumanis bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı Latviya Prezidenti ilə, Baş Nazirlə və İqtisadiyyat Naziri ilə işgüzar görüşləri ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və ekologiya sahəsində əlaqələrin daha da genişlənməsinə və Birgə Müəssisələrin yaradılmasına böyük təkan verdi.

     Hardiys Baumanis bu görüşün  vaxtında və əhəmiyyətli bir görüş olduğunu, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  aktual ekoloji layihələr həyata keçirən bir şirkət  kimi tanındığını xüsusilə qeyd etdi. O, bildirdi ki, çox yaxşı olar ki, növbəti görüşlər Latviyanın  analoji şirkətlərinin iştirakı ilə keçirilsin. Bu gün  ekoloji problemlərin həlli bizim üçün də çox önəmli bir məsələdir.  Odur ki, Latviya rəsmləri və əlaqədar  nümayəndə heyəti Bakıda keçirilən neft-qaz və ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi-konfransda həvəslə iştirak etmiş,  xüsusilə ekologiya sahəsində Birgə Müəssisələrin yaradılmasını dəstəkləmişlər. Bu  tədbirlərdə ekologiya sahəsində yeni texnika və texnologiyaların mənimsənilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuşdur.

     Səfir qeyd etmişdir ki, Latviya o qədər də böyük dövlət deyildir. Ona görə də ölkədə ekologiya sahəsində fəaliyyət göstərən şirkətlərin sayı azdır.  Bununla yanaşı  Latviya Respublikasında ekoloji layihələrin həyata keçirilməsi sahəsində tanınmış “VentEko” ASC və  “BAO” SC  fəaliyyət göstərir.

   Görüşdə qərara alınmışdır ki, “Ekol Mühəndislik Xidmətləri” QSC ilə  Latviyanın analoji  şirkətləri arasında ekologiya sahəsində əlaqələrin  genişləndirilməsi üçün  qarşılıqlı səylərin artırılmasına və şirkətlərin fəaliyyəti ilə yaxından tanış olmağa zəruri ehtiyac vardır.

    QSC-nin baş direktoru Ramil Əliyev   vaxt tapıb bu görüşdə iştirak etdiyinə görə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanisə öz dərin təşəkkürünü bildirdi və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduqlarını qeyd etdi. O,  əmin olduğunu bildirdi ki,  keçirilən bu görüş  qısa zamanda öz müsbət nəticələrini verəcək və Latviyada fəaliyyət göstərən  analoji şirkətlərlə əməkdaşlıq əlaqələrinin  qurulmasına zəmin yaradacaqdır.

      Səfir Hardiys Baumanis də öz növbəsində  söylənənlərlə həmfikir olduğunu  vurğulayaraq, işgüzar və səmimi şəraitdə keçən görüşə görə QSC rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

   Sonda qonaqlara QSC-nin simvolik hədiyyələri təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

               
                          

 
 

tarix : 09.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.