ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin “Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi” üzrə lisenziyasının müddəti artırılmışdır

    “Ekol  Mühəndislik  Xidmətləri” QSC qəbul etdiyi  Siyasətə uyğun olaraq öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq məqsədilə bütün zəruri tədbirləri həyata keçirir. Artıq QSC-nin istehsalat sahələri İSO 14001, İSO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələbləri əsasında fəaliyyət göstərir.

    “Ekol  Mühəndislik  Xidmətləri” QSC-nin Siyasətinin  əsas mahiyyəti göstərdiyi xidmətləri Azərbaycan Respublikasının  qüvvədə olan qanunvericilik aktlarına uyğun, eləcə də  beynəlxalq standartların tələbləri səviyyəsində ətraf mühitə ziyan vurmadan, təhlükəsiz,  keyfiyyətlə yerinə yetirməkdən  ibarətdir. QSC-nin  göstərdiyi  xidmətlərin  effektiv idarə olunması  və “Sifarişçi”nin  tələblərinin yüksək səviyyədə ödənilməsi  bazarda mövqelərimizin  möhkəmlənməsinə real  zəmin yaradır.

    Qeyd edildiyi kimi,  QSC  öz fəaliyyətini beynəlxalq standartların tələbləri səviyyəsində qurmaqla yanaşı, Azərbaycan Respublikasının  Keyfiyyət, Ətraf mühitin mühafizəsi, Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlarının  və normativ-hüquqi sənədlərinin  bütün tələblərinə  ciddi əməl edir. Bu məqsədlə,  fəaliyyətinin  ilk illərində QSC-nin Kompleks ekoloji tədqiqatlar laboratoriyası akkreditasiyadan keçmiş, 2006-cı ildə isə ETSN-nin Dövlət Ekspertiza İdarəsindən 5 il müddətinə “Toksiki istehsalat tullantılarının  utilizasiyası və zərərsizləşdirilməsi” ni həyata keçirməyə icazə verən  lisenziya alınmışdır.

     2011-ci ildə qeyd olunan lisenziyanın  müddətinin  başa çatması ilə  əlaqədar, “Ekol Mühəndislik  Xidmətləri” QSC Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət   etmişdir.  Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinin  QSC tərəfindən mövcud qanunlar və hüquqi-normativ sənədlər əsasında   həyata keçirildiyi nəzərə alınaraq, lisenziyanın müddəti ETSN-nin Dövlət Ekspertiza İdarəsi tərəfindən yenidən 5 il, yəni  2016-cı ilə qədər artırılmışdır.

                                    

                          

 

tarix : 14.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.