ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində yenidənqurma və abadlıq işləri davam edir

      “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində mühüm  ekoloji layihələri yerinə yetirməklə yanaşı,  istehsalat sahələrinin abadlaşdırılması və yenidənqurma  işlərinin  həyata keçirilməsi istiqamətində də  əsaslı  tədbirlər görür.   

Qeyd olunduğu kimi, 2011-ci ildə  QSC-nin Tullantıların emalı departamentinin (TED) 6-ci (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi)  sahələrində  əhəmiyyətli dərəcədə təmir tikinti və abadlaşdırma işləri həyata keçirilmişdir.

    Cari ildə  TED-nin 6-cı sahəsində  yeni  3 fazalı dekantr qurğusu üçün   transformator  binası tikilib istifadəyə verilmiş, sahədəki elektrik yarımstansiyası  və ümumi stend yenidən qurulmuşdur. Eyni zamanda, TED-nin 6-cı və 7-ci sahələrindəki  bir çox  qurğularda, eləcə də inzibati və yardımçı binalarda  cari təmir işləri yerinə yetirilmişdir.

    Hazırda TED-nin 6-cı sahəsinin ərazisindəki Nəqliyyat sexində qarajın rekonstruksiya işləri həyata keçirilir.  QSC-nin nəqliyyat vasitələrinin artması ilə əlaqədar olaraq,  qarajın 200 m2-ə qədər genişləndirilməsi  və bu işlərin 2012-ci ilin I-ci rübündə başa çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, 6-cı sahədə  sanitar qovşağın təmir olunması, daxili yolların asfalt örtüyünün və bordürlərin dəyişdirilməsi  istiqamətində də işlər görülür.

   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrinin abadlaşdırılması və zəruri təmir-tikinti işlərinin yerinə yetirilməsi daimi diqqət mərkəzindədir və bu tədbirlər bundan sonra da mütəmadi  olaraq həyata keçiriləcəkdir.

                          

 
 

tarix : 19.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.