ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi Belçika, İsveç və İngiltərə dövlətlərində xidməti ezamiyyətdə olmuşlar

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  maddi texniki bazasının gücləndirilməsi və nanotexnologiyaların istehsalata  tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir və dünyanın bir çox dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilir.  Bu tədbirlər çərçivəsində QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev  dekabrın  12-dən 19-dək  Belçika, İsveç və İngiltərə dövlətlərində xidməti ezamiyyətdə olmuşlar.

    Ezamiyyə müddətində QSC-nin rəhbərliyi Belçikanın Brüssel şəhərindəki “SİTA Remediation” şirkətinin baş ofisində, bu şirkətin  Biznesin inkişafı üzrə meneceri Steve Leroi və Torpaq təmizləmə üzrə mütəxəssis Pietro Perseo ilə  işgüzar görüş keçirmişlər. Görüş zamanı şirkətlər öz fəaliyyətləri barədə biri-birlərinə məlumat vermiş  və əməkdaşlıq əlaqələrinin  mümkün variantları müzakirə edilmişdir. Sonra QSC-nin nümayəndə heyəti “SİTA Remediation” şirkətinin  məhsuldarlığı 50 ton/saat olan “Yuma üsulu ilə torpaqların təmizlənməsi qurğusu”na baxış keçirmiş, qurğunun iş prinsipi ilə yaxından tanış olmuşlar.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin   nümayəndə heyəti  səfər çərçivəsində İngiltərənin paytaxtı London şəhərindəki “Oil Pollution Services” LTD şirkətinin  baş ofisində şirkətin səhmdarı Martin Owenlə  də görüş keçirmişlər. Görüşdə  neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulları və bu sahəyə nanotexnologiyaların tətbiqi məsələləri üzərində fikir mübadiləsi aparılmış və əməkdaşlıq əlaqələrinin yaradılması yolları araşdırılmışdır.

   Səfər müddətində QSC-nin rəhbərliyi İngiltərənin  Çesterfild şəhərində “SİTA Remediation” şirkətinin gücü 25 ton/saat olan “Yandırma üsulu ilə torpaqların təmizlənməsi qurğusu ilə də tanış olmuşlar. İsveçin Ystad şəhərində isə “Oil Pollution Services” LTD şirkətinin Satış və marketinq üzrə  meneceri Goral Palmqvistlə görüş keçirilmiş, bu şirkətin gücü 40 ton/saat olan “Yuma üsulu ilə torpaqların təmizlənməsi qurğusu”na  baxış keçirilmişdir. QSC-nin nümayəndə heyəti bu qurğuların iş prinsipi və texniki parametrləri ilə  diqqətlə maraqlanmışlar.

   Ümumiyyətlə QSC rəhbərliyinin həyata keçirdiyi bu xidməti ezamiyyət çox səmərəli keçmiş, neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində  bir sıra Avropa dövlətlərində tətbiq edilən ən müasir qurğular haqqında  maraqlı məlumatlar əldə olunmuşdur. Bu səfər, eyni zamanda  Avropanın inkişaf etmiş analoji şirkətləri ilə əməkdaşlıq əlaqələrinin yaranması üçün real imkanların   aşkar olunması ilə də yadda qalmışdır.

                    

      

tarix : 22.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.