ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində QSC-nin həyata keçirdiyi ekoloji layihənin icrası başa çatmışdır

    Respublikamızın ərazisində, xüsusilə neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması hazırda ən önəmli məsələlərdən biridir. Bununla əlaqədar olaraq, ARDNŞ neft sənayesi sahələrində  neftlə  çirklənmiş torpaqların təmizlənməsi məqsədilə  zəruri tədbirlər həyata keçirir. Bu tədbirlərin yerinə yetirilməsində isə “Ekol Mühəndislik Xidmətləri” QSC yaxından iştirak edir və əhəmiyyətli işlər görür.

  2011-ci ildə  QSC-nin həyata keçirdiyi ekoloji layihələr sırasına “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində (Buzovna qəsəbəsi) neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi də  daxildir. Ümumi sahəsi 265 hektar olan bu layihə ərazisində 124 hektara qədər sahə  müxtəlif dərəcədə neftlə çirklənməyə məruz qalmışdır.

    QSC  cari ilin may ayında H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində layihənin icrasına başlamışdır. İcra müddətində layihə ərazisinə  522 min m3 ştib, 293 min m3 isə torpaq daşınaraq ərazidə hamarlama işləri aparılmış və çirklənməyə məruz qalmış 124 hektar sahə tamamilə təmizlənmişdir. Nəticədə, əsasən yaşayış məntəqələri ilə əhatə olunmuş layihə ərazisinin  landşaftı bərpa edilmiş, ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır. Layihənin icrası dekabrın 22-də başa çatdırılmışdır.

   “Ekol Mühəndislik Xidmətləri” QSC digər ekoloji layihələrin icrasını davam etdirir.

    
                            

 
 

tarix : 26.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.