ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində damcı suvarma sistemlərinin quraşdırılmasını başa çatdırır

      “Ekol Mühəndislik Xidmətləri” QSC–nin  fəaliyyətinin əsas istiqamətlərindən biri də, NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində  yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir. Bu sahədə QSC-nin  xidmət göstərdiyi ən böyük ərazilərdən biri isə “Bibiheybətneft” NQÇİ-nin  mədən ərazisidir. Hazırda QSC-nin Torpaqların rekultivasiyası departamenti “Bibiheybətneft” NQÇİ-nin   reabilitasiya olunmuş  43 hektar ərazisində 48 mindən çox müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərir.

    QSC xidmət göstərdiyi bu ərazidə, bitkilərin  inkişafında əsas amillərdən olan su təchizatının effektiv təmin edilməsi üçün ilin əvvəlindən məqsədyönlü tədbirlərin görülməsinə başlamışdır. Bu məqsədlə ilk növbədə əraziyə  daimi su xətləri çəkilmiş, ərazinin relyef xüsusiyyətləri  nəzərə alınaraq  suvarma sistemləri sırasında aqrotexniki, iqtisadi və ekoloji  cəhətdən çox səmərəli olan damcı suvarma sistemlərinin  quraşdırılmasına başlanılmışdır.

     Cari ildə “Bibiheybətneft” NQÇİ-nin   yaşıllıq sahələrini əhatə edən 22 hektardan çox ərazidə damcı suvarma sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

   “Ekol Mühəndislik Xidmətləri” QSC  növbəti illərdə də “Bibiheybətneft”       NQÇİ-nin, eləcə də digər  xidmət göstərdiyi yaşıllıq sahələrinin damcı suvarma sistemləri ilə təmin olunması  məqsədi ilə tədbirlərini davam etdirəcəkdir.

          

                      

 
 

tarix : 28.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.