ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə tədbir keçirilmişdir
    Dekabrın 29-da  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində rəhbərliyin və kollektivin iştirakı ilə Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni İl Bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev yola saldığımız 2011-ci ilin ümumilikdə respublikamız üçün, o cümlədən müəssisəmiz üçün çox uğurlu il olduğunu qeyd edərək, il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına qısa  məlumat verdi.

   Ramil Əliyev çıxışına davam edərək  bildirdi ki,  1991-ci il dekabrın 16-da  ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  sessiyası Milli Həmrəylik və Birlik Gününü təsis etdi və bu günün  hər il dekabrın 31-də qeyd olunması qərara alındı.  Həmin ildə dekabrın  26-da isə Azərbaycan  Respublikası Ali Sovetinin  Milli Şurası hər ilin 31 dekabrın Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü kimi qeyd olunması barədə qərara qəbul etdi.

    Ramil Əliyev  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Gününün qeyd  edilməsi bütün dünya azərbaycanlıları tərəfindən  artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini vurğuladı. O, bildirdi ki, bu bayram dünyanın  70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən  qeyd olunur. Həmrəylik ayrı-ayrı  cəmiyyət üzvləri üçün  bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından   mühüm əhəmiyyət kəsb edir. Odur ki, mən kollektivimizin hər bir üzvünü Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni İl Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir,  can sağlığı, ailə səadəti və  şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm. Sizi doğma vətənimiz Azərbaycanın bütün  sahələrdə güclü, inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün  qüvvələrimizi birləşdirməyə, vətən qarşısında öz borcumuzu şərəflə  yerinə yetirməyə  çağırıram.

   Tədbirdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Maliyyə və uçot departamentinin rəisi Əli Bağışov, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev və başqaları çıxış edərək  bayram münasibətilə kollektivi təbrik etdilər. Çıxış edənlər bildirdilər ki,  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan millətinin  birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların  əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

                               

                      

 

tarix : 29.12.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.