ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

”Ekol Mühəndislik Xidmətləri” QSC həyata keçirdiyi bir çox ekoloji layihələrin son mərhələsini başa çatdırmışdır

      ARDNŞ-nin  neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planına uyğun olaraq,  2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İB-nin  tabeçiliyində olan “Abşeronneft”, “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində neftlə  çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələri uğurla həyata keçirmişdir.

      Ötən il “Sifarişçi” təşkilatların  mədən ərazilərində neftlə  çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələrinin icrası ardıcıl mərhələlərlə yerinə yetirilmiş və layihə ərazilərində olan neftşlamın   ətraf mühitə mənfi təsirinin qarşısı əsaslı şəkildə alınmışdır.

      İcra müddətində QSC-nin Torpaqların rekultivasiyası departamenti tərəfindən “Abşeronneft” NQÇİ-nin  mədən ərazisində  10 hektar bioremediasiya sahəsində 38.6 min m3, “Balaxanınbeft” NQÇİ-nin 2-ci mədən ərazisində 2 hektar bioremediasiya sahəsində 4.4 min m3, Kürdaxanı ərazisində  5 hektar bioremediasiya sahəsində 25.3 min m3, Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində isə  5 hektar bioremediasiya sahəsində  9.4 min m3 neftşlamın  bioremediasiyası aparılmışdır. Ümumilikdə qeyd olunan ərazilərdən çıxarılmış 77.7 min m3 neftşlam mövcud aqrotexniki qaydalarla bioremediasiya olunaraq zərərsizləşdirilmişdir ki, bu da həmin ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmişdir.

     Bununla da, 2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC Abşeronneft”, “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində həyata keçirdiyi,  neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələrinin   son mərhələsinin icrasını da başa çatdırmışdır.

                             

                      

 

tarix : 05.01.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.