ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində mexaniki suvarma sisteminin quraşdırılmasına başlamışdır

     “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin neftqazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların  təmizlənməsi və reabilitasiya olunması ilə yanaşı, bu ərazilərdə yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini də uğurla həyata keçirir. QSC hazırda ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində, “Bibiheybətneft” , “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində 10 minlərlə müxtəlif növ bitkiyə aqrotexniki xidmət göstərir.

  Neftqazçıxarma idarələrinin mədən ərazilərində salınmış yaşıllıqların inkişaf etdirilməsi məqsədilə,  QSC bitkilərə  lazımı gübrələrin vaxtlı-vaxtında verilməsi, su təchizatının yaxşılaşdırılması  və digər aqrotexniki xidmətlərin göstərilməsi üçün  ən zəruri tədbirləri həyata keçirir.  Xüsusilə su itkisinin qarşısının alınması və bitkilərin optimal rejimdə suvarılması məqsədilə, yaşıllıq sahələrində damcı  üsulu ilə mexaniki suvarma sistemlərinin quraşdırılmasına üstünlük verilir.

    Xidmət göstərdiyi bütün yaşıllıq sahələrinin  mexaniki suvarma sistemləri ilə təmin olunmasını qarşıya məqsəd qoyan “Ekol Mühəndislik Xidmətləri” QSC, ötən il “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində  22 hektardan çox sahədə damcı suvarma sistemlərini quraşdıraraq istismara vermişdir. Analoji sistemin digər xidmət sahələrində də quraşdırılması nəzərdə tutulmuşdur.

    Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq,  QSC 2012-ci ilin ilk ayında H.Z.Tağıyev adına NQÇİ-nin 2-ci mədən ərazisində (Qala qəsəbəsi), xidmət göstərdiyi  9 hektar yaşıllıq sahəsində olan 6 000 qədər müxtəlif  ağac növlərinin, 1 500-ə qədər isə gül kollarının optimal suvarılması üçün damcı üsulu ilə mexaniki suvarma sistemlərinin quraşdırılmasına başlamışdır. Sistemin qısa vaxta quraşdırılıb istismara verilməsi planlaşdırılmışdır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC xidmət göstərdiyi digər yaşıllıq sahələrinə də damcı üsulu ilə mexaniki suvarma sistemlərinin tətbiq edilməsi üçün zəruri hazırlıq işləri görür.

                      

 

tarix : 10.01.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.