ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti 2011-ci ili uğurlu nəticələrlə başa vurmuşdur

    Ötən il QSC bütün fəaliyyət sahələrində  uğurlu nailiyyətlər əldə olunmuşdur. Tullantıların Emalı Departamenti (TED) də “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

      2011-ci ildə TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisi)   BNEZ-nun 10 milyon 466 min m3 sənaye çirkab suları, və “BP Exploration (Caspian SEA) LTD-dən daxil olan 125 tona qədər ərsin parafini təmizlənmiş, texnoloji proseslər  nəticəsində formalaşan  18 min tona qədər neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Ötən il ərzində TED-nin 7-ci sahəsində isə ( “Azərneftyağ” NEZ-nun  8-ci sexinin ərazisi)  11 milyon 826 min m3 sənaye çirkab suları təmizlənmiş, 10 min tondan çox neftşlam  emal olunaraq zərərsizləşdirilmişdir.

    Hesabat ilində, TED  müqavilə əsasında  “AA SERVİCES”, AAS- ATE” MMC, “Suraxanı OİL Opereyşn Compani S.A.”, ARDNŞ-nin Ekologiya İdarəsi, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi,  Qaz Emalı Zavodu, “ AAS-Ekol” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. İl ərzində bu təşkilatlardan qəbul edilmiş  4 min 364 ton şlam,  8 min 369 m3 yağlı su, 1.3 min ton yağlı torpaq, 1.4 min m3 döşəməaltı-lyal axıntı suları, 26 min 144 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla  emal olunaraq zərərsizləşdirilmişdir .

     Bununla yanaşı,  TED ötən il  Neft Kəmərləri İdarəsi ilə olan müqaviləyə əsasən  Dübəndi neft terminalında  392 m3-ə qədər neftlə çirklənmiş axıntı sularının və 585 m3 məişət-təsərrüfat çirkab sularının təmizlənməsi üçün mühəndislik xidmətləri göstərmişdir.

    2012-ci ildə “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi  və istehsalatın  fasiləsizliyinin təmin edilməsi üçün  TED zəruri tədbirlərin həyata keçirilməsinə başlamışdır.

 

tarix : 17.01.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.