1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçir. Azərbaycan xalqına qarşı törədilən bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
Lakin, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün gənclərin and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edirlər. Xalqımızın yaddaşına qanla həkk olunmuş 20 yanvar hadisələri bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur.
2012-ci il, yanvarın 20 də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivin Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin unudulmaz xatirəsini yad edərək, onların məzarlarının üstünə tər çiçəklər düzmüşlər. Anım günü ilə əlaqədar, QSC-nin istehsalat sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi heç zaman unudulmayacaqdır.
tarix : 20.01.2012
|