ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bakı Ağ Şəhər Layihəsi üzrə neftlə çirklənmiş torpaqların təmizlənməsi QSC-nin həyata keçirdiyi əsas layihələrdən biridir

      Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması,  köhnəlmiş  sənaye obyektlərinin şəhər hüdudlarından  kənara çıxarılması və çirklənmiş torpaqların  təmizlənməsi  sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bu tarixi  Sərəncamla əlaqədar olaraq “Qara Şəhər”  ərazisində də ekoloji yönümlü iri həcmli layihənin icrasına başlanılmışdır.  Bu layihənin icrası ilə paytaxta yeni müasir mərkəzin yaradılması və buranın bundan sonra Bakı Ağ Şəhər adlandırılması nəzərdə tutulmuşdur.

    Qeyd olunduğu kimi,  “Ekol Mühəndislik Xidmətləri” QSC də bu nəhəng layihənin iştirakçısı olaraq, 2010-cu ilin fevral ayından Bakı Ağ Şəhər layihəsinin  “Yaşıl ada” ərazisində  köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılaraq anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərinin yerinə yetirilməsinə  başlamışdır. 

      İcra müddətində QSC tərəfindən layihə ərazisindən 26 min m3-dən çox neftşlam çıxararaq müvafiq qaydada anbarlaşdırmış,   2012-ci ilin  yanvar ayına qədər  ərazidən  778 min m3 -dən çox   neftlə çirklənmiş torpaq çıxarılaraq poliqona  daşınmışdır.  14 hektara qədər sahə  çirklənmədən təmizlənmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.

 

tarix : 24.01.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.