ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Almaniyanın GİCON firmasının nümayəndələri ilə görüş keçirilmişdir

      Yanvarın 27-də QSC-nin baş ofisində  Almaniyanın GİCON firmasının  nümayəndələri ilə tanışlıq  xarakterli görüş keçirilmişdir.  Görüşdə GİCON firmasının  layihə rəhbəri Mathias du Puits, layihə eksperti Hartmurt Yunge,  firmanın Azərbaycan nümayəndəsi, büro rəhbəri Səkinə Məhərrəmova və QSC-nin baş direktoru Ramil Əliyev başda olmaqla rəhbər heyəti iştirak etmişlər.

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq görüş iştirakçılarını onlara təqdim etmiş və QSC haqqında qısa məlumat vermişdir.

    GİCON firmasının  layihə rəhbəri Mathias du Puits  səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirərək, firma haqqında görüş iştirakçılarını məlumatlandırmışdır. O bildirmişdir ki, GİCON  firması 20 ildən artıqdır ki, fəaliyyət göstərir və Almaniyanın ən böyük məsləhətçi firmalarından biridir. Firmanın  nəzdində  2 böyük, ən müasir laboratoriya fəaliyyət göstərir.  Firmada 250 nəfərdən çox peşəkar mütəxəssislər çalışır və illik gəlir 20 milyon ABŞ dolları təşkil edir.

      İSO 9000, İSO 14000 və İSO 1700 standartları ilə fəaliyyət göstərən  GİCON  firması  əsasən xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların  təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qruntun, suların və havanın  çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, eləcə də layihələrin planlaşdırılması və nəticələrin yoxlanması  kimi fəaliyyət sahələri ilə məşğuldur. Firma eyni zamanda Avropa Birliyi, Federal Hakimiyyət və Ölkə Hakimiyyəti ilə müqavilədə müstəqil ekspert  təşkilatı kimi fəaliyyət göstərir.

     Mathias du Puits  tanışlıq çərçivəsində qeyd etdi ki, GİCON  firması təkcə Almaniyada deyil, eləcə də ABŞ-da, Rusiya FR-da, İngiltərədə və s.  tanınmış  məsləhətçi firma olaraq bir çox layihələr həyata keçirmişdir. Firma hazırda Azərbaycanda kimya sənayesi sahələrində xüsusi tullantıların idarə olunması sahəsində böyük bir layihənin  planlaşdırılması ilə məşğuldur. Layihə rəhbəri bildirdi ki, bu görüşdə əsas məqsəd  analoji fəaliyyət sahələri ilə tanınmış “Ekol Mühəndislik Xidmətləri” QSC ilə əməkdaşlıq əlaqələrinin mümkün variantlarını müzakirə etmək və buna təşəbbüs göstərməkdir.

    QSC-nin  baş direktoru Ramil Əliyev maraqlı məlumat üçün Mathias du Puitsa öz minnətdarlığını bildirdi. Baş direktor qeyd etdi ki, “Ekol Mühəndislik Xidmətləri” QSC ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən dünyanın analoji şirkətləri ilə əməkdaşlıq etməyə hər zaman hazırdır. QSC-nin hazırda dünyanın 20-dən çox şirkəti ilə  nanotexnologiyaların tətbiqi istiqamətində əməkdaşlığı uğurla davam edir.

    Ramil Əliyev bildirdi ki, GİCON  firması da aktual ekoloji layihələrlə məşğul olduğundan QSC bu firma ilə əməkdaşlıq etmək marağındadır. Bunun üçün qarşılıqlı görüşlərin artırılmasına və ikitərəfli konkret təkliflərin hazırlanıb təqdim edilməsinə səyləri artırmalıyıq.

   GİCON firmasının  layihə rəhbəri Mathias du Puits  QSC-nin baş direktoru Ramil Əliyevlə həmfikir olduğunu qeyd edərək, səmimi  və işgüzar şəraitdə keçən görüş üçün minnətdarlığını bildirmişdir. Bununla da görüş başa çatmışdır.

 

tarix : 30.01.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.