ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC çətin hava şəraitində istehsalatın fasiləsizliyini təmin etməyə nail olmuşdur

     Fevralın 2-də başlayan güclü qar və çovğun  şəhər təsərrüfatında olduğu kimi  istehsalat müəssisələrində də ciddi çətinliklər yaratmışdır. Çətin hava şəraitində  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələri də müəyyən çətinliklərlə üzləşmişdir. Bütün bunlara baxmayaraq QSC-nin kollektivi bu günlərdə güclənmiş iş rejimində çalışmış,  yaranmış problemlər qısa müddətdə  aradan qaldırılaraq istehsalatın fasiləsizliyini təmin edilmişdir.

    Bu günlərdə QSC-nin əsas sifarişçilərindən olan, Heydər Əliyev adına BNEZ-dan və “Azərneftyağ” NEZ-dan daxil olan sənaye çirkab sularının təmizlənməsi Tullantıların emalı departamenti (TED) tərəfindən  fasiləsiz olaraq həyata keçirilmişdir. İstehsalat sahələrində olan mexaniki təmizləyici qurğuların, siyirtmələrin, nasosların və boru xətlərinin  donmaması üçün  TED-nin və Elektromexanika sexinin kollektivi gərgin əmək sərf etmişlər. Neftşlamın  fasiləsiz emalı və zərərsizləşdirilməsi  məqsədilə, hava şəraitinin  dekantr qurğularının işinə  göstərə biləcəyi mənfi təsirlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.

    Fevralın 2-dən QSC-nin İnzibati təsərrüfat şöbəsinin (İTŞ) kollektivi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş,  inzibati və məişət binalarının  su və istilik enerjisi ilə, eləcə də işçiləri isti  yeməklə  fasiləsiz təmin etməyə nail olmuşlar. İstehsalat sahələrindəki  yollar və sahələr qardan təmizlənmişdir.

    Bununla belə,  çətin hava şəraiti ilə əlaqədar QSC-nin neftqazçıxarma idarələrinin mədən ərazilərində həyata keçirdiyi ekoloji layihələrin icrasında  fasilələr yaranmışdır. Hava şəraitinin yaxşılaşacağı  ilk gündən layihələrin icrasına başlanılacaqdır.

   “Ekol Mühəndislik Xidmətləri” QSC bundan sonra da, “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinin istənilən hava şəraitində fasiləsiz və layiqincə yerinə yetirilməsi üçün imkanlarını səfərbər edəcək, zəruri tədbirlər həyata keçirəcəkdir.
                                                 

 
 
 
 
 
 

 

tarix : 03.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.