ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji monitorinq departamenti ötən ili uğurla başa vurmuşdur

          “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti (EMD)  2011-ci ildə də “Sifarişçi” təşkilatların  müqavilə  öhdəliklərini layiqincə yerinə yetirmişdir. Ötən il EMD  ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin ”28 May”, “Neft Daşları”, “Balaxanıneft”, “Abşeronneft” və N.Nərimanov adına NQÇİ-nin, eləcə də “Kompleks Qazma İşləri” Trestinin “Abşeron” Qİ-nin, “Qazmaservis və loqistika” İdarəsinin, “Qobustan” KQİİ-nin və Tamponaj İdarəsinin  istehsalat sahələrində hər rübdə  analitik nəzarət və monitorinq    işlərini  uğurla həyata keçirmişdir.

      2011-ci ildə EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi   ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Şirvan və Lənkəran Müalicə Diaqnostika  Mərkəzlərinin, Mənzil Kommunal Xidmətləri Departamentinin, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft”, “Neft Daşları”, N.Nərimanov adına NQÇİ-nin, həmçinin  Qaraçuxur və Muradxanlı İriləşmiş Neft Mədənlərinin, eləcə də “Bahar Energy Operating Company Limited”in 20-yə qədər ekoloji normativ texniki sənədlərinin  işlənib hazırlanması sahəsində məhsuldar fəaliyyət göstərmiş və şöbənin qarşısında duran vəzifələrin həllinə nail olmuşdur.

     Ötən il Ekoloji monitorinq departamentinin Kompleks tədqiqatlar laboratoriyasının  (KTL)  fəaliyyəti də qənaətbəxş olmuşdur. KTL istər QSC-nin, istərsə də “Sifarişçi” təşkilatların  istehsalat sahələrində  nümunələrin götürülməsi və analitik təhlillərin aparılması vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.    

    Hazırda QSC-nin Ekoloji monitorinq departamenti bütün sahələr üzrə fəaliyyətini yüksək templə davam etdirir.

 
     

 
 
 
 

 

tarix : 08.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.