ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Torpaqların rekultivasiyası departamenti 2011-ci ildə ekoloji layihələrin icrasını layiqincə yerinə yetirmişdir

     ARDNŞ-nin tədbirlər planına uyğun olaraq, 2011-ci ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC neftqazçıxarma idarələrinin mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra aktual ekoloji layihələr həyata keçirmişdir. Bu layihələrin QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) tərəfindən layiqincə  icra olunmuşdur.

    Ötən il TRD H.Z.Tağıyev adına NQÇİ-nin köhnə Qala yatağının Qala gölü ətrafında  24 hektar sahədə rekultivasiya  işləri apararaq, ərazidən  120.4 min m3 şlam çıxarılaraq müvafiq qaydada anbarlaşdırılmış,  həmin sahəyə 25.2 min m3 ştib və 101.5 min m3 -dən çox torpaq daşınaraq hamarlama işləri görülmüşdür. TRD tərəfindən bu NQÇİ-nin Sağan sahəsinin  neftyığma məntəqəsində  təmizləmə işləri yerinə yetirilmiş,  məntəqədən  3 min m3 -dən çox neftşlam xüsusi sahəyə  daşınmış  və ərazi abadlaşdırılaraq sifarişçiyə təhvil verilmişdir.

     2011-ci ildə TRD-nin həyata keçirdiyi layihələrdən biri də H.Z.Tağıyev adına  NQÇİ-nin  Buzovna və Maştağa sahələrində aparılan genişmiqyaslı rekultivasiya işləridir.  İcra müddətində NQÇİ-nin  Buzovna sahəsinə 293.6 m3 -dən çox torpaq və 522 min m3 ştib daşınaraq ərazi hamarlanmış və nəticədə 124 hektar sahə çirklənmədən təmizlənmişdir. Ötən il NQÇİ-nin Maştağa sahəsinə  70.7 m3 torpaq daşınmış və 8 hektara qədər ərazi  reabilitasiya olunmuşdur.

     TRD “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində də  layihələrin icrasının yüksək templə və keyfiyyətlə yerinə yetirilməsinə nail olmuşdur. NQÇİ-nin  4-cü mədən ərazisindən  50 min m3 -ə qədər şlam çıxarılmış və əraziyə  52 min m3 -dən  çox torpaq, 3 min m3 -ə qədər ştib  yayılaraq 10.5 hektar sahədə  rekultivasiya işləri aparılmışdır. NQÇİ-nin 7-ci  mədən ərazisində də  12.5 hektar sahə yararlı hala  salınmış əraziyə 160.2 min m3 torpaq daşınmışdır.

    Ötən il TRD-nin “Azneft” İB-nin Qaraçuxur sahəsindəki İNMM-nin ərazisində yerinə yetirdiyi rekultivasiya  işləri nəticəsində 16.2 hektar sahə çirklənmədən təmizlənmiş, əraziyə 415.9 min m3 torpaq və 82.3 min m3 ştib   yayılmışdır. Bakı Ağ Şəhər layihəsi  üzrə də  işlərə təqvim planına uyğun əməl edilmiş, ərazidən 732 min m3 -dək neftlə çirklənmiş torpaq daşınmışdır.

    2011-ci ildə TRD-nin  operativ fəaliyyəti nəticəsində “Abşeronneft”, “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərindən ümumilikdə  52 min m3 şlam  çıxarılaraq, aqrotexniki qaydada  17 hektar sahədə bioremediasiya  olunmuşdur.

    Ötən il TRD  yaşıllaşdırma sahəsində də müqavilə öhdəliklərinə  layiqincə əməl etmişdir.  İl ərzində “Bibiheybətneft” NQÇİ-nin  mədən ərazisində  yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası məqsədi ilə  ərazidə  10 220 ədəd müxtəlif ağac növləri,  2 000 qədər isə gül kolları əkilmişdir. “Bibiheybətneft” NQÇİ-nin ərazisində  ümumilikdə 48 min 366 ağaca aqrotexniki xidmət göstərilir.

    Ötən mövsümdə  ARDNŞ-nin Qaz Emalı Zavodunun  ərazisində  bərpa üçün əlavə 1 400 ədəd,  H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 1 762 ədəd, “Abşeronneft” NQÇİ-nin ərazisində isə 1 000 ədəd müxtəlif ağac  növləri əkilmişdir.  Hazırda TRD tərəfindən QEZ-nun ərazisində 9 010 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin  Qala sahəsində 11 712 ədəd, “Abşeronneft” NQÇİ-nin  ərazisində isə  7 950 ədəd ağac və gül kollarına aqrotexniki   qulluq göstərilir.  Bitkilərin su təchizatının yaxşılaşdırılması məqsədilə ötən il “Bibiheybətneft” NQÇİ-nin  yaşıllaşdırma sahəsində və H.Z.Tağıyev adına  NQÇİ-nin Qala sahəsində mexaniki suvarma sistemləri (damcı üsulu ilə) quraşdırılmışdır.

   “Ekol Mühəndislik Xidmətləri” QSC  Torpaqların rekultivasiyası departamenti  ekoloji layihələrin icrası sahəsində fəaliyyətini uğurla davam etdirir.

 

       
     

 
 
 
 

 

tarix : 10.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.