ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2011-ci ildə QSC-nin Maliyyə və uçot departamenti öz fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulmasına nail olmuşdur

      2011-ci ildə  “Ekol Mühəndislik Xidmətləri” QSC  bütün fəaliyyət sahələrində yadda qalan uğurlara imza atmışdır. Bu uğurların nəticəsi olaraq  ötən  maliyyə ilində QSC-nin balans  mənfəəti 1 284,8 min manat olmuş, mənfəət vergisi 257,0 min manat hesablanmış,   rentabellik  səviyyəsi isə 3, 78 % təşkil etmişdir. Ötən il   QSC-nin  maliyyə, uçot və vergi siyasətinin   şəffaf  və beynəlxalq standartlara uyğun şəkildə  həyata keçirilməsi  üçün Maliyyə və uçot  departamenti (MUD) də məqsədyönlü fəaliyyət göstərmişdir.

      Beynəlxalq standartlara keçidlə əlaqədar, QSC-nin maliyyə, uçot və vergi siyasətinin standartlara uyğunlaşdırılması məqsədilə “Professional Maliyyə Menecerləri Assosiasiyası İctimai Birliyi “ Regional Mərkəzi (RM) ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2010-cu ildən başlayaraq RM-nin mütəxəssisləri tərəfindən  MUD-nin 9 nəfər əməkdaşının iştirakı ilə Böyük Britaniyanın  Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar” proqramı üzrə ixtisasartırma kursları keçirilmişdir. Kurslarda fəal iştirak edən MUD əməkdaşları bu proqramı tam mənimsəmiş və sertifikatlara layiq görülmüşlər. “PraysvoterhausKupers Audit Azərbaycan” MMC tərəfində  keçirilən auditin nəticələri isə, QSC-nin             2010- 2011-ci illər üçün   maliyyə hesabatlarının  beynəlxalq standartlara uyğun  tərtib və təqdim olunduğunu təsdiq etmişdir. 
     Ötən il  maliyyə  uçot hesabatlarının  müasir formada  hazırlanması  məqsədilə  MUD-də  1C proqramının  tətbiqinə başlanılmış, proqramın mənimsənilməsi üçün departamentdə çalışan işçilərə vaxtaşırı treninqlər keçirilmişdir. Yeni proqram təminatının və beynəlxalq standartların tələblərinin tam mənimsənilməsi üçün departamentin əməkdaşlarına bütün lazımı şərait yaradılmışdır. Bununla yanaşı,   müqavilə əsasında “English For Life” MMC Dil Kursları Şirkəti  tərəfindən  təşkil edilmiş kurslarda   işçilərə  ingilis dili  lazımı səviyyədə öyrədilmişdir.

   2011-ci ildə MUD-nin  fəaliyyətinin əsas məqsədlərindən biri də QSC-nin ümumi xidmət vahidinə düşən xərclərə qənaət olunmaqla, daha çox mənfəət əldə etməkdən, işçilərin əmək haqlarının vaxtlı-vaxtında ödənilməsindən, maliyyə əməliyyatlarının və sosial  məsələlərin operativ olaraq təmin edilməsindən ibarət olmuşdur ki, buna da əsasən əməl  edilmişdir.

     MUD-nin  maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi  və beynəlxalq standartlara cavab verəcək səviyyədə fəaliyyət göstərməsi ümumilikdə QSC-nin investisiya cəlbediciliyini xeyli dərəcədə artırmışdır. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xarici əlaqələrinin günü-gündən genişlənməsi    bir çox xarici  şirkətlərin  əməkdaşlıq əlaqələrinin  yaradılmasında maraqlı olması  bütün bunların bariz nümunəsidir.

     Bununla yanaşı, MUD-nin qarşısında duran  vəzifələrdən ən əsası  yaxın gələcəkdə QSC-nin  maliyyə və uçot  hesabatlarının   beynəlxalq standartlara  tam uyğun olaraq tərtib edilməsindən  və maliyyə əməliyyatlarının  şəffaflığının daha da artırılmasından ibarətdir ki,  hazırda bu istiqamətdə də məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
 

 
 
 
 

 

tarix : 16.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.