ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Belçikanın “SİTA Remediation” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

     “Sifarişçi” təşkilatlarının  müqavilə öhdəliklərini müasir üsullarla, keyfiyyətlə yerinə yetirilməsi,  eləcə də müxtəlif növ  tullantıların emalı və zərərsizləşdirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC qarşısında duran başlıca vəzifələrdən biridir. Bu məqsədlə   müasir texnika və texnologiyaların  əldə edilməsi üçün inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən  analoji şirkətlərlə  əlaqələrin yaradılması istiqamətində  səylər davam etdirilir.  Bununla əlaqədar olaraq, fevralın 16-da  QSC-nin baş ofisində Belçikanın “SİTA Remediation” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

   Görüşdə  QSC-nin rəhbərliyi və  mütəxəssisləri, ARDNŞ-nin Ekologiya İdarəsinin nümayəndəsi, həmçinin “SİTA Remediation” şirkətinin Biznesin  inkişafı üzrə mütəxəssisi  Steve Leri, İstehsalat əməliyyatları üzrə məsul şəxs Gunther Van Ombergen iştirak etmişlər.

     Səmimi qəbula görə QSC rəhbərliyinə təşəkkürünü bildirən Steve Leri şirkətlərinin  fəaliyyəti haqqında qısa məlumat verərək,  SİTA-nın Norveç, İspaniya və digər dövlətlərdə həyata keçirdiyi layihələrin prezentasiyasını görüş iştirakçılarına təqdim etmişdir.  O bildirmişdir ki,  şlamın  emalı və zərərsizləşdirilməsi  şirkət tərəfindən yuma, termik və bioremediasiya üsulları ilə aparılır.  Bunun üçün ilk növbədə “Sifarişçi” təşkilatların layihə ərazilərində monitorinq işləri aparılır və nəticədən asılı olaraq təmizləmə üsulları və qurğular seçilir. Təmizləmə proseslərinin  daha effektli olması üçün  əvvəlcə tullantılar çeşidlənir, hər çeşidə uyğun  qurğu və təmizləmə üsulu tətbiq edilir. Tullantıların  daşınmasında istifadə olunan nəqliyyat vasitələrinə xüsusi cihaz quraşdırılır ki,  bu da tullantının miqdarının və  çeşidinin operativ təyin edilməsini xeyli dərəcə də asanlaşdırır.

    Təqdimatı davam etdirən Steve Leri qeyd etmişdir ki,   təmsil etdiyi şirkət çirklənmə dərəcəsi 8-10 % olan  neft əsaslı qazma şlamını 1 %-ə qədər təmizləmək imkanlarına malikdir. O neft ölkəsi olan Azərbaycanda da  şlamın  emalı və zərərsizləşdirilməsi üçün uyğun qurğuların və texnologiyaların  seçilib təqdim edilməsinə hazır olduqlarını bildirmişdir. Steve Leri təqdimatın gedişində görüş iştirakçılarının suallarını cavablandırmışdır.

   QSC-nin baş direktoru Ramil Əliyev maraqlı təqdimata görə “SİTA Remediation” şirkətinin nümayəndələrinə  minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki,   respublikamızda  150 ildən artıqdır ki, neft hasil edilir. Nəticədə neft sənaye sahələrində  yığılıb qalmış  və hal-hazırda da neftin hasilatı zamanı formalaşan müxtəlif əsaslı  şlamların emal edilərək zərərsizləşdirilməsi  ölkəmizin  əsas ekoloji problemlərindən biridir. “Ekol Mühəndislik Xidmətləri” QSC də fəaliyyət sahələrinə uyğun olaraq bu problemin həlli ilə məşğul olan bir şirkətdir. Hazırda QSC-nin həyata keçirəcəyi  aktual ekoloji layihələr sırasında respublikamızın neft sənayesi müəssisələrinin  istehsalat sahələrində mövcud olan müxtəlif əsaslı şlamlarının emalı və zərərsizləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu görüş də məhz bu kontekstə təşkil olunmuşdur. Ümid edirik ki,  QSC-nin bu problemləri həll etməsi  üçün  şirkətiniz tərəfindən   daha müasir texnologiyalar,  məhsuldar və səmərəli qurğular  təqdim ediləcəkdir.

    Görüş zamanı  iştirakçılar arasında   bir çox texniki və metodiki  sahələri əhatə edən müzakirələr aparılmışdır. Qərara alınmışdır ki, “SİTA Remediation” şirkətinin nümayəndələri  QSC-nin layihə ərazilərinə baxış keçirsinlər və bu sahələrdəki şlamlardan nümunələr götürsünlər. Götürülmüş nümunələr SİTA-nın xüsusi laboratoriyalarında  analitik təhlil edildikdən sonra  uyğun qurğular haqqında konkret təkliflər təqdim olunsun. Bununla da səmimi və işgüzar şəraitdə keçən görüş başa çatmışdır.
 

                        

tarix : 17.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.