ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında Nəqliyyat Sexi fəal iştirak etmişdir

     “Ekol Mühəndislik Xidmətləri” QSC-də ekoloji layihələrin vaxtında, keyfiyyətlə yerinə yetirilməsində və  istehsalat proseslərinin fasiləsizliyinin təmin edilməsində QSC-nin digər struktur bölmələri ilə yanaşı Nəqliyyat sexinin (NS) də rolu böyükdür. Ötən illərdə olduğu kimi 2011-ci ildə də NS istifadəsində olan nəqliyyat vasitələrə və xüsusi texnikaları ilə  istehsalat sahələrində məqsədyönlü  fəaliyyət göstərmişdir.

     Ötən il  NS-nin  lilsovuran  nəqliyyat vasitələri ilə, QSC-nin “Sifarişçi” təşkilatlarından olan “Suraxanı OyL Operation Company S.A.” şirkətinin,   İxtisaslaşmış  Dəniz Neft Donanması İdarəsinin,  Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin və ARDNŞ-nin Ekologiya İdarəsinin istehsalat sahələrindən QSC-nin təmizləyici qurğularına 27.5 min m3-ə qədər  çirkab suları  daşınmışdır.

      2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Abşeronneft”, “Balaxanıneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində və  “Azneft”   İB-nin Qaraçuxur İNMM-də həyata keçirdiyi ekoloji layihələrin icrasında, NS-nin xüsusi texnikalarından yetərincə istifadə olunmuş və uğurlu nəticələr əldə edilmişdir. 

      İl ərzində lilsovuran nəqliyyat vasitələri ilə ARDNŞ-nin Neft Kəmərləri idarəsinə 252 maşın/saat xidmət göstərilmişdir. QSC-nin H.Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində istismarda olan  dekantr qurğuları ilə şlamın emalı proseslərində formalaşan  27.8 min ton  torpağın  NS-nin texniki vasitələri ilə xüsusi sahələrə daşınması təmin olunmuşdur.  Yeni alınmış Ford Truck (su maşını) vasitəsilə H.Z.Tağıyev adına NQÇİ-nin Qala və Buzovna sahələrinə, eləcə də  A-4 sahəsinə  217 m3-ə qədər  su daşınmışdır.

      2011-ci ildə Nəqliyyat sexinin texniki bazasının gücləndirilməsi sahəsində də  məqsədli tədbirlər görülmüşdür.  İl ərzində 1 ədəd çoxfunksiyalı ekskavator, 1 ədəd ağır yük qaldıran avtoyükləyici, 5 ədəd isə “Chevrolet/Colorado” markalı Pikap avtomobillər alınaraq istismara verilmişdir. Texniki-normativ qaydalara uyğun olaraq  avtomobillərə  texniki xidmət göstərilməsi, onların xəttə saz və təmiz vəziyyətdə çıxması, gündəlik yanacaq və yol vərəqələri ilə təmin olunması işləri də vaxtında və lazımınca yerinə yetirilmişdir.

                

tarix : 21.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.