ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

      Xocalı soyqırımından 20 il ötməsinə baxmayaraq bu faciənin  ildönümü hər il respublikamızın hər yerində, eləcə də diaspor təşkilatlarında geniş  miqyasda qeyd olunur. Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar fevralın 24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də  də geniş tədbirlər keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

    Tədbirdə çıxış edən  QSC-nin baş direktoru Ramil Əliyev  bildirdi ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə  erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın  yaxından köməkliyi ilə Xocalı şəhərini tamamilə yandırdılar. Şəhəri işğal  etmiş erməni təcavüzkarları 613 dinc  sakini, o cümlədən  106  qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıqla  qətlə yetirmiş,  1275 nəfəri əsr götürmüş, 8 ailəni isə tamamilə məhv etmişlər. Bu bəşər tarixində törədilən ən ağır cinayətlərdən biridir.

     Ramil Əliyev çıxışında vurğuladı ki, dövlət başçısı İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin  XIX-XX əsrlərdə mərhələ-mərhələ  həyata keçirdiyi etnik təmizləmə siyasətinin  tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər  dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

     Baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun məsləhətçisi Kamil Akimov,  Ekoloji Monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, Tullantıların emalı departamentinin rəisi Zeynal Babayev, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və başqaları öz çıxışlarında Xocalı soyqırımının Ermənistanın Dağlıq Qarabağı  işğal etmək məqsədi ilə apardığı işğalçılıq  müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin  miqyasına görə ən dəhşətlisidir. Bu soyqırımı  əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı əslində erməni təcavüzkarlarının  yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı yönəldilmiş ən ağır cinayətdir.

    Çıxış edən natiqlər qətiyyətlə qeyd etdilər  ki,  qəddar üsullarla dinc insanları kütləvi  qırğına məruz qoyan erməni millətçiləri tarix qarşısında öz çirkin əməllərini ört  basdır etməyə çalışsalar da, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsaslanaraq  düşünməyin və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar qəbul olunmalıdır.

     Tədbirdə faciə qurbanlarının  əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmiş, qeyd olunmuşdur ki,  Xocalı soyqırımı   xalqımızın  böyük dərdi, kədəri olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının  qan yaddaşında öz milli azadlığı uğrunda  keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.

    Xocalı soyqırımının  20-ci ildönümü ilə əlaqədar QSC-nin istehsalat sahələrində  təşkil olunmuş stendlərin önünə tər çiçəklər  düzülmüşdür.
 
 

 
 

tarix : 24.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.