ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir

   “Ekol Mühəndislik Xidmətləri” QSC ətraf mühitin mühafizəsi və insanların sağlamlığının qorunması kimi aktual ekoloji layihələr həyata keçirməklə yanaşı, kollektivdə çalışan yüzlərlə sağlam siyasi  düşüncəyə malik, Heydər Əliyev ideyalarına sadiq olan insanların təşkilatlanması məqsədilə 2007-ci ildən  QSC-də  Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatı  yaradılmış və fəaliyyətə  başlamışdır.  

     Respublikamızın ictimai-siyasi həyatında daimi fəallıq göstərən YAP "Ekol" ilk ərazi təşkilatı da öz sıralarını gündən-günə möhkəmləndirmiş, müstəqil azərbaycanımızın tərəqqisi və inkişafı naminə ulu öndərin ideyalarının dönmədən, uğurla həyata keçirilməsi uğrunda fəallığını daha da artırmışdır.

     Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti  İlham Əliyev cənabları  tərəfindən  uğurla davam etdirilən,  ölkəmizin siyasi kursu və  dinamik inkişafı insanlarda YAP-nın alternativi olmadığına bir daha əminlik yaradır. Əksər insanlar,  xüsusən gənclər bu siyasi partiyaya üzv olmağa həvəslə can atırlar.

      Fevralın 27-də YAP "Ekol" ilk ərazi təşkilatının  növbəti toplantısı keçirilmişdir. Toplantıda "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev YAP-nın respublikamızın ictimai-siyasi həyatındakı rolundan və son illərdə qazanılan uğurlardan   danışmış,  YAP sıralarına yeni qəbul olunmuş bir qrup partiya üzvlərinə vəsiqələr təqdim olunmuşdur. İlk ərazi təşkilatının sədri  yeni vəsiqə alan  partiya üzvlərini təbrik edərək, onlara ulu öndərimiz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi kimi çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.   

    YAP sıralarına yeni qəbul olunanlar üzvlük vəsiqələrini şərəflə daşıyacaqlarını, partiyanın nizamnaməsinə layiqincə əməl edəcəklərini və respublikamızın ictimai-siyasi həyatında daimi fəallıq göstərəcəklərini  xüsusilə vurğulamışlar.

 

 
 

 
 

tarix : 28.02.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.