ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunmuşdur

    Beynəlxalq Mülki Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada mart ayının ilk günü “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Təşkilatın üzvü olan Azərbaycan Respublikasında da  bu əlamətdar gün münasibətilə silsilə tədbirlər həyata keçirilir.

    01 mart 2012-ci il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-də də 1 Mart Ümumdünya Mülki Müdafiə Günü  qeyd olunmuşdur. Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin  təsdiq etdiyi tədbirlər planına  uyğun olaraq, QSC-nin bütün istehsalat sahələrinə bu tədbir barədə  xəbərdarlıq rabitə vasitəsilə çatdırılmış, foto sərgilər təşkil olunmuş və MM  manqaları ilə birgə toplantılar keçirilmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə Baş İdarəsinin təsdiq etdiyi “Mülki Müdafiədə Səhiyyə” mövzusunda müzakirələr aparılmışdır. MM qərargahının rəisi Manqa komandirləri və  başqaları öz çıxışlarında  sanitar məntəqələrində  İlk Tibbi Yardım  manqasının  rolundan ətraflı danışmış  və onlara bu işlərdə daha da məsuliyyətli olmalarını tövsiyə etmişlər.

    Sonda Mülki Müdafiə Qərargahının rəisi Səbuhi Veysəlov qarşıda duran vəzifələr və  bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına  geniş məlumat vermişdir.

 

 

tarix : 02.03.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.