8 Mart Beynəlxalq Qadınlar Gününün bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır.
Artıq bir əsrdən artıqdır ki, bütün dünya ölkələri 8 Mart Beynəlxalq Qadınlar Gününü sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla, bu bayram hər il respublikamızın hər yerində müəssisə və təşkilatlarda böyük təntənə ilə qeyd edilir.
Hər il olduğu kimi, martın 7-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və istehsalat sahələrində də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər müasir həyatımızda, dövlət quruculuğunda və ölkəmizin iqtisadi inkişafında qadınların əvəzedilməz rolunu xüsusilə qeyd etmişlər. Çıxışlarda QSC-nin kollektivinin 20% - dən çoxunu təşkil edən qadınların əməyi yüksək qiymətləndirilmiş, onları bayram münasibətilə təbrik edərək can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulanmışdır.
Sonda QSC-nin rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və pul mükafatı təqdim olunmuşdur. Tədbirdə iştirak edən kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə QSC rəhbərliyinə öz dərin təşəkkürlərini bildirmişlər.
tarix : 07.03.2012
|