ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələri günü-gündən abadlaşır

     Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində prioritet ekoloji layihələr həyata keçirməklə yanaşı, istehsalat sahələrində məqsədyönlü yenidənqurma və abadlıq işlərinin  aparılması da QSC-nin diqqət mərkəzindədir. Ötən illərdə olduğu kimi cari ildə də istehsalat sahələrində bir sıra  təmir-tikinti və yenidənqurma işləri görülür.

    Belə ki, ötən ilin IV-cü rübündə təmirinə başlanmış QSC-nin O.Vəliyev 1 ünvandakı inzibati binasının sanitar qovşağı yüksək səviyyədə  təmir edilərək istismara verilmişdir.  2011-ci ildə QSC-nin Nəqliyyat sexində xüsusi texnika və nəqliyyat vasitələrinin  artması və texniki xidmətin yaxşılaşdırılması məqsədilə  qaraj kompleksində yeni yuyucu və texniki baxış kameralarının tikintisinə  başlanmışdır. Hazırda bu obyektdə  tikinti işləri   yüksək templə  yerinə yetirilir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların emalı departamentinin    6-cı sahəsindəki ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) mexaniki təmizləmə qurğularının  II-ci sistemində olan nasosxana binasında da  təmir işləri təqvim planına uyğun olaraq aparılır. Təmir müddətində  nasosxana binasının qapı və pəncərələri dəyişdirilmiş,  daxili və fasad divarları yenidən suvanmış və digər zəruri təmir işləri yerinə yetirilmişdir. TED-nin 6-cı sahəsində  qumtutucuların  təmiri  də QSC-nin təmir-tikinti və abadlaşdırma tədbirləri sırasındadır. Qeyd edək ki, sənaye-çirkab suların təmizlənməsində  qumtutucuların rolu əhəmiyyətli dərəcədə böyükdür.

     Cari təmir və abadlaşdırma işləri  TED-nin 7-ci sahəsində (“Azərneftyağ”  NEZ-nun  8-ci sahəsi)  də həyata keçirilmişdir. Müvafiq dövr ərzində  bu sahədə 4 əməliyyatçı otağının dam örtükləri dəyişdirilmiş və otaqlarda cari təmir işləri aparılmışdır.

    Hazırda QSC-nin istehsalat sahələrində abadlaşdırma, zəruri təmir-tikinti  işləri, həmçinin daxili yolların asfalt örtüyünün və bordürlərin  dəyişdirilməsi istiqamətində  işlər  davam etdirilir.

                                   

 
 

tarix : 12.03.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.