ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Novruz bayramı ilə əlaqədar nərd turniri keçirilmişdir

  Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar respublikamızın hər yerində rəngarəng  tədbirlər keçirilir. İnsanlar bu tədbirlərdə bayram əhval ruhiyyəsi ilə və həvəslə iştirak edir,  milli-mənəvi dəyərlərimizi yaşadırlar.

         Hər il olduğu kimi,  bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də rəhbərliyinin və  Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  Novruz bayramı münasibətilə bir sıra tədbirlər keçirilir. Nərd yarışları isə xüsusi maraqla qarşılanır. Martın 14-də  növbəti  nərd turniri təşkil olunmuşdur. Turnirdə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən kollektivin  30 nəfərə qədər nərd həvəskarı  iştirak etmişlər.

    Turnirin açılış mərasimində  baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov öncə iştirakçıları Novruz  bayramı münasibətilə təbrik etmiş və bu yarışda onlara uğurlar arzulamışdır. Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov da öz çıxışında turnir iştirakçılarını təbrik etmiş və onlara yarışın şərtlərini izah etmişdir. Sonra turnirə start verilmişdir.

   Gərgin mübarizə şəraitində  keçən turnirin final mərhələsində  turnirin qalibləri müəyyən edilmişdir.  1-ci yerə  İnzibati təsərrüfat şöbəsinin  yardımçı fəhləsi Soltan Abduyev,  2-ci yerə  Nəqliyyat sexinin sürücüsü Füzuli İsmayılov, 3-cü yerə isə İnzibati təsərrüfat şöbəsinin inzibatçısı Tərlan Əliyev layiq görülmüşlər.

   Sonda qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

                                   

                                   

 
 

tarix : 15.03.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.